yenicag.az
yenicag.az

Restoranda 6 nəfəri güllələyən məmur oğlu: “Yaxşı eləmişəm…”

Restoranda 6 nəfəri güllələyən məmur oğlu: “Yaxşı eləmişəm…”

Müəllif: Redaktor

Editor

122616_res_01Lökbatan qəsəbəsində baş vermiş silahlı insident nəticəsində yaralanan şəxslərin hazırda vəziyyəti sabitdir.

Azvision.az saytının 1 saylı Şəhər Kliniki Xəstəxanasında olan əməkdaşının verdiyi xəbərə görə, insident zamanı yaralanan şəxslərdən 3-ü artıq evə buraxılıb. Yaralılardan 1-i travmatologiya, 2 nəfər isə cərrahiyyə şöbəsinə yerləşdirilib. Yaralı şəxslər polis nəzarətindədir.

Yaxınlarının bildirdiyinə görə, insident zamanı yaralanan 37 yaşlı Rafiq Kərimov Qızıldaş qəsəbəsində yerləşən daş karxanasında fəhlə işləyirmiş. Rafiq ailəlidir və körpə uşaqları var.

Hadisənin təfərrüatlarına gəlincə isə insident zamanı yaralan Ədalət Həsənov Lökbatan qəsəbəsindəki “Zeytə park” restoranında 7 yaşlı oğlu Orxan üçün ad günü şənliyi keçirirmiş. Bu münasibətlə Ədalət Həsənov daş karxanasında işlədiyi dostlarını övladının ad gününə dəvət edibmiş.

Mərasim keçirilən zamanı restoranda Ədalət Həsənovun dostları ilə digər masada əyləşən müştərilər arasında mübahisə yaranıb. İçkili halda olan Bakı şəhər sakini Məhərrəm Əliyev və onun Samir adlı dostu Ədalət Həsənovun qonaqlarından sakit olmağı tələb edib və onları hədələyiblər.

Mübahisə böyüdükdən sonra Məhərrəm Əliyev onlara odlu silahdan atəş açmağa başlayıb.

Nəticədə 6 nəfər yaralanıb. Bunlar Ədalət Həsənov, onun azyaşlı oğlu Orxan, Nazim Həsənov, Rafiq Kərimov, Cəmil Həmidov və Mehrab Əliyevdir.

Yaralılardan 5-i tüfəngdən, 1-i isə tapançadan açılan atəş nəticəsində xəsarət alıb.

Hazırda hadisənin tördənlərdənlərin Bakı şəhər sakini Məhərrəm Əliyev və Samir adlı şəxs olduğu müəyyən edilib. Eyni zamanda polislərin nəzarətində hadisəni törədən şəxslərdən biri 1 saylı Şəhər Kliniki Xəstəxanasın gətirilərək xəsarət alanlarla üzləşdirilib.

Yaralıların qohumları bildirib ki, silahdan atəş açan şəxs yüksək vəzifəli şəxsin oğludur.

Xəstəxana işçilərinin bildirdiyinə görə, silahdan atəş açan şəxs görüş zamanı “Günahkar mənəm, yaxşı eləmişəm” – deyə cavab verib.

“Həmin şəxs xəstəxanaya polisin müşayiəti ilə gəlmişdi. Heç nədən qorxmadan, çəkinmədən dedi ki, yaxşı eləmişəm. O, atasının vəzifədə işlədiyini deyərək hamını hədələdi”- deyə yaralıların qohumları deyib.

Cəmiyyət, Banner, Flaş

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti