Ads by Google

hightechnic
Ads by Google

%d0%b1%d0%b5%d0%b7-%d0%bd%d0%b0%d0%b7%d0%b2%d0%b0%d0%bd%d0%b8%d1%8f-11Devalvasiyanın hökm sürdüyü bir vaxtda üstəlik qazın və elektrik enerjisinin qiyməti də qalxıb.

Bazarlarda, marketlərdə isə məhsulların sadəcə üzünə baxmaq kifayətdir. Çünki qiyməti baha olan malları əldə etməyə pul çatmır.

Toy bazarında da vəziyyət yaxşı deyil. Bəzi restoranlar güzəşt limitini dondurub. Toy etmək istəyənlərin sayında müşahidə olunan azalma restoran sahiblərini də hərəkətə gətirib. Menyuda qiymət artımı qaçılmaz olub.

Daha ətraflı məlumat əldə etmək üçün Modern.az saytı bir neçə restoranla əlaqə saxlayıb.

“Hollivud” şadlıq sarayında toy etmək istəyənlər azalıb.

“Son aylarda toy etmək üçün müraciət edənlərin sayında azalma var. Əvvəllər hər gün restoranımızda toy olurdusa, indi əksinədir. Ona görə də menyuda qiymət artımı etmişik”.

“Su sonası” şadlıq sarayı da əhalinin toy ab-havasında olmadığı qənaətindədir.
“Sanki insanlar daha təmtəraqlı toy etmək istəmirlər. Qazın, işığın qiyməti də bir tərəfdən bahalaşdı. Hələ ki, menyuda qiymətlərlə bağlı dəyişiklik etməmişik. Görək sonumuz necə olur”

“Versal” sarayında da eyni vəziyyətdir.
“Əvvəllər restoranımızda toy edənlərə güzəştlərimiz olurdu. Ölkədəki bahalaşmadan sonra həmin güzəştləri ləğv etdik. Toy etmək istəyənlər azalıb. Bu da bizim restoranımıza təsirsiz ötüşməyib”.

“Monte Karlo” şadlıq sarayında da qiymətlər qalxıb.
“Menyuda qiymət artımı etmək fikrindəyik. Bütün şadlıq saraylarında əvvəlki vəziyyətdən əsər-əlamət yoxdur. Toy etmək istəyənlər azaldıqca, restoranları əvvəlki qiymətlərlə idarə etmək çətinləşir”.

“Neolit” şadlıq sarayında da toy etmək istəyənlərin sayı azalıb.

“Devalvasiya bir tərəfdən, qazın, işığın da bahalaşması o biri tərəfdən. Bütün restoranlara bunların təsiri var. Vəziyyət əvvəlki kimi deyil. Qiymətlərin qalxması menyuya da təsir edəcək”.

 

Yenicag.az

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 41
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Ads by Google

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."