!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Rəsul Quliyev Heydər Əliyevin komandasında təmsil olunubsa...” – Sərdar Cəlaloğlu

!Reklam – Yazi

“Bütün bunlar cəmi bir neçə il əvvəl baş verən proseslərdir və hamının yadındadır”.

Yenicag.az xəbər verir ki, bir neçə gün əvvəl 70 yaşını qeyd edən eks-spiker Rəsul Quliyev “Yeni Müsavat”a müsahibəsində müəyyən suallar doğuran fikirlər səsləndirib.

Bu sırada parlamentin sabiq sədrinin siyasətdə “müttəfiqinin olmaması” haqda söylədikləri birmənalı qarşılanmayıb. Quliyev keçmiş müttəfiqlərindən hansının onu yubileyi münasibəti ilə təbrik etməsinə dair sualı belə cavablandırıb:

“Mənim elə bir müttəfiqim olmayıb. Müttəfiqliyə yaxın olanların demək olar ki, hamısı müsahibələrdə bu işi gördülər. Ancaq Mirmahmud Mirəlioğlu zəng vurdu.

Biz bir neçə dəfə müxtəlif qruplar yaradıb, ümumi müxalifət kimi çıxış etmişik. Ancaq o qrupa daxil olanlar, sadəcə olaraq, bu hakimiyyətə qarşı əgər belə demək mümkünsə, mübarizədə birləşmişdilər. Müttəfiqlik daha geniş məna daşıyır”.

Bununla belə, 20 ildən artıqdır ki, ABŞ-da məskunlaşan Quliyev müttəfiqlik barəsində düşüncələrini bölüşməyib.

Rəsul Quliyevin bu fikirləri ilə bağlı Yenicag.az-a açıqlama verən Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu vaxtilə eyni təşkilatda təmsil olunduğu eks-spikerin müttəfiqlik haqda dediklərinin təəccüb doğurduğunu bildirib:

“Rəsul Quliyev bu sözləri deyərkən nəyi nəzərdə tutduğuna özü daha doğru aydınlıq gətirə bilər.

Əgər o, deyirsə ki, müttəfiqi olmayıb, bu sözlər anlaşılmazlıq yaradır. Necə yəni onun müttəfiqi olmayıb? Rəsul Quliyev bir vaxtlar Heydər Əliyevin komandasında təmsil olunubsa, bu, müttəfiqlik deyildi, bəs nə idi? Müttəfiq deyildisə, o zaman Heydər Əliyevin komandasında necə təmsil olunmuşdu?

Rəsul Quliyev ADP-yə keçdikdən sonra bizim partiyanın da iştirakı ilə müxalifət daxilində bir neçə format yaradılıb və digər təşkilatlarla sıx əməkdaşlıq edilib. Bu sırada “Azadlıq” blokunu xüsusi qeyd edə bilərəm.

Yəni Rəsul Quliyev ADP-də olduğu illərdə Müsavat, AXCP, Liberal partiyaları ilə yaxın müttəfiqlik münasibətlərində olub, birgə mübarizə aparmışıq. Bütün bunlar cəmi bir neçə il əvvəl baş verən proseslərdir və hamının yadındadır.

Ona görə də Rəsul Quliyevin indi müttəfiqliklə bağlı dedikləri, təkrar edirəm, anlaşılmazlıq yaradır”.

A. Zeynalov

www.yenicag.az

2483
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv