!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Reynaldo “Qarabağ”dan gedir? – Qərarı Qurban Qurbanov verir

!Reklam – Yazi

“Qış fasiləsinə turnir cədvəlindəki 1-ci yerlə çıxdıq. Sevindiricidir, amma bu, hələ yekun nəticə deyil”.

Bunu “Qarabağ”ın direktoru Emrah Çelikel bildirib. Klub rəsmisi Yeniçağ.az-a danışarkən, çempion olmağı və kuboku qazanmağı qarşılarına məqsəd qoyduqlarını deyib:

“Hələ işin yarısındayıq. Qış çempionluğu “mövsümün çempionluğu” demək deyil. Fikirləşirəm ki, yerli çempionatda gərginlik artdıqca səviyyə də artacaq. Çempionluq titulunu qorumaq üçün çalışırıq. Təbii ki, məqsədimiz kuboku da qazanmaqdır”.

E.Çelikel legionerlərin vətəninə yola düşməsi və komandaya yeni oyunçuların cəlb olunması məsələsinə də toxunub:

“Təbii ki, vətəninə yollanan legionerlər baş məşqçi Qurban Qurbanovun icazəsi ilə gediblər. Transferlə bağlı sadəcə onu deyə bilərəm ki, hazırda hər hansı futbolçu ilə bağlı söhbətimiz olmayıb. Kubok oyununu da başa vurandan sonra bütün bu məsələlərlə bağlı müzakirə edəcəyik. Ehtiyac olarsa, buna baxılacaq”.

“Qarabağ”ın icraçı direktoru Reynaldonun komandadan göndərilmə ehtimalından da söhbət açıb:
“Reynaldo ilə digərləri arasında fərq qoyulmur. Razıyam, ola bilər ki, bir az formadan düşsün. Amma buna Qurban Qurbanov qərar verə bilər. Onu da deyim ki, Reynaldonun “Qarabağ”la 2018-ci ilədək müqaviləsi var. Ümumiyyətlə, bizdə qış fasiləsində müqaviləsi bitən futbolçu yoxdur”.

Emrah Çelikel Türkiyə klubu “Beşiktaş”la baş tutacaq yoldaşlıq oyunundan da danışıb:

“Beşiktaş”dan xəbər çıxmayıb. Biz də gözləyirik. Hələ ki, oyunun keçiriləcəyi tarix dəqiqləşməyib. Tezliklə, danışıqlar üçün “Beşiktaş” klubunun idarə heyətinin üzvü Gökhan Sarı və klubun daha bir rəsmi nümayəndəsi Umut Kutlu Azərbaycana gələcək. Yalnız o görüşdən sonra matçın vaxtı müəyyənləşəcək”.

Aygün İlqarqızı
Yenicağ.Az

www.yenicag.az

919
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv