!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rəzalət! Azərbaycan Tarix Muzeyi Şah İsmayılı “fars hökmdarı” kimi təqdim etdi – FOTO

!Reklam – Yazi

13023520_10207954654016959_1384553879_n“Kimsə Şah İsmayılın guya fars hökmdarı olması barədə fikirləri yayırsa, bu yanlış fikirdir və istər dövlət strukturunda çalışan şəxslərə, istərsə də Azərbaycan tarixinə, Səfəvi türk soyuna qarşı hörmətsizlikdir”

Bu gündən etibarən AMEA Milli Azərbaycan Tarixi Muzeyində “I Şah İsmayıl – sərkərdə və hökmdar” sərgisi açılıb. Bu barədə Muzeyin rəsmi saytında məlumat verilib: “Azərbaycan tarixinin görkəmli simalarından olan görkəmli sərkərdə və dahi hökmdar I Şah İsmayılın dövlət quruculuğu və hərbi fəaliyyətinə həsr olunmuş sərgi ilk dəfədir ki qurulur.

Sərginin konsepsiyası akademik Ramiz Mehdiyevin 2014-cü ildə işıq üzü görmüş “Şah İsmayıl Səfəvi: hökmdar və döyüşçünün portreti” kitabı əsasında tərtib olunmuşdur. Konsepsiya üzərində iş zamanı həmçinin Səfəvilər dövləti, eləcə də I Şah İsmayıla həsr olunmuş Azərbaycan, Türkiyə, İran, Rusiya, Avropa müəlliflərinin elmi əsərləri öyrənilmişdir.

Bilavasitə Muzeyin direktoru, akademik Nailə Vəlixanlının rəhbərliyi ilə hazırlanan sərginin kuratoru t.ü.f.d. Səbuhi Əhmədovdur”.

Əslində, müsbət təşəbbüsdür. Fəqət Azərbaycan Milli Elmlər Akademiyası Milli Azərbaycan Tarixi Muzeyi belə bir müsbət işi ciddi SƏHVi ilə bərbad edib. Belə ki, sərginin afişasında Şah İsmayılın XVI əsrdə naməlum Florensiyalı rəssam tərəfindən çəkilmiş portretindən istifadə olunub. Şah İsmayıl Xətainin günümüzə çatan şəklinin yan tərəfinə yazılan “Sophy PERS” (Fars (İran) hökmdarı) sözlərini götürmək isə “yaddan çıxıb”. Yəni, Azərbaycan dövlətinin banisi olan Şah babamız fars hokmdarı kimi təqdim olunur. İşin əcaib tərəfi bunu edən İrana bağlı hər hansısa qurum deyil, Azərbaycanın bu sahə üzrə bir nömrəli qurumudur.

Yuxarıda qeyd etdiyimiz kimi, sərgi müəllifləri onu Prezident Adminstrasiyasının rəhbəri Ramiz Mehdiyevin yazdığı kitabdan təsirlənərək təşkil etdiklərini bildiriblər.  R. Mehdiyev  bu əsərində Şah İsmayılı Azərbaycan hökmdarı kimi təqdim edib, bu istiqamətdə böyük zəhmətlər çəkib. İlk dəfə Azərbaycanda böyük bir dövlət adamı Şah İsmayıla bu qədər sahib çıxdığı halda onun kitabından ilham alanlar belə bir məsuliyyətsizliyə imza atıblar.

Məsələ ilə bağlı Yenicag.az-a açıqlamasında tarix üzrə fəlsəfə doktoru Vaqif Abışov bildirdi ki, Səfəvi dövləti və onun banisi haqqında belə hala yol verilibsə bu tarixin saxtalaşdırılması cəhdidir: “Səfəvilərin tarixini yazan İsgəndər bəy Münşidən tutmuş ondan sonrakı bütün tarixi sənədlərə müraciət edəndə görürük ki, Səfəvilərin dədə-babalarının türk soyundan olması və onların qurduğu dövlətin də məhz Azərbaycan torpağında yaranması, Azərbaycan türk sülaləsindən olmaları dəfələrlə qeyd olunub.  Fars hökuməti, tarixçi və yazarları isə Şah İsmayılı özlərinin hökmdarı hesab edir. Etsinlər. Amma faktlar onu göstərir ki, bi dövlət Azərbaycan türklərinə məxsus olan bir dövlət olub, Azərbaycan ərazisində yaranıb.  Dövləti idarə edənlər Şah İsmayıldan başlamış sonuncu Səfəvi hökmdarı III Şah Abbas da daxil olmaqla hamısı Azərbaycan türk soyundan olublar.  Şah İsmayılın dövründə sarayda belə azərbaycan türk dili işlənilib, onun özünün türk dilində Xətai imzası ilə divanı var. Şah İsmayılın yaxın adamları da məhz Azərbaycan soyundan olan böyük sərkərdələr olub.  O cümlədən görkəmli miniatur ustası Kəmaləddin Bektaş saray kitabxanasının rəhbəri olub.  İsgəndər bəy Münşinin əsərində Şeyx Səfiyəddin türk olaraq adlandırılıb.  Bu baxımdan keçirilən hər hansı bir sərgidə nümayiş etdirilən afişalarda Şah İsmayılın fars hökmdarı olması barədə məlumat gedibsə, təbii ki, bu qəbul olunan deyil, tarixin saxtalaşdırılmasıdır. İstər Prezident Adminstrasiyası rəhbəri Ramiz Mehdiyevin əsərində, istərsə də ölkə prezidentinin çıxışlarında Azərbaycanda yaranmış dövlət və onları yaradan şəxslərin məhz türk soyundan olması dəfələrlə bildirilib.  R. Mehdiyevin son dövrlər yazmış olduğu bir neçə əsərdə də Səfəvilərin, xüsusilə Şah İsmayılın türk soyundan olması dəfələrlə qeyd edilib.  Kimsə Şah İsmayılın guya fars hökmdarı olması barədə fikirləri yayırsa, bu yanlış fikirdir və istər dövlət strukturunda çalışan şəxslərə, istərsə də Azərbaycan tarixinə, Səfəvi türk soyuna qarşı hörmətsizlikdir”.

Qeyd edək ki, məsələni gündəmə hazırda Türkiyədə yaşayan tanınmış araşdırmaçı yazar Dimes Alerli gətirib və ictimaiyyəti bu yanlışa qarşı mövqe bildirməyə çağırıb.

Tarix Muzeyinin telefonları cavab vermədiyindən belə bir yalnışlığı niyə etdiklərinin səbəbini öyrənə bilmədik. Ancaq bu SƏHVlə bağlı nəsə deməyə sözləri varsa, dinləməyə hazırıq.

İsmayıl YUSİFOĞLU

Yenicag.az

www.yenicag.az

1104
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv