Rihanna zika virusuna görə səhnəyə çıxmadı

Müəllif: Redaktor

Editor

rihanna-virus-var-sahneye-cikmam--7290573Yenicag.az xəbər verir ki, Kolombiyanın paytaxtı Bogotada təşkil edilən musiqi festivalında Rihanna, Lana Del Rey və Wiz Khalifa səhnəyə çıxacaqdılar. 2 ay əvvəl biletləri satışa çıxan festival Rihannaya görə ləğv edilib.

Məlumata görə, Rihanna, Kolombiyada yayılan zika virusu səbəbiylə qorxub və konsertini ləğv edib. Təşkilatçılar, 17-18 sentyabrda baş tutacaq festivalda dünya ulduzunun yeri tuta bilən kimsəni tapa bilmirlər. Bu səbəbdən konsertin təxirə salındığını bildiriblər.

Hazırda Avropa turnesində olan Rihanna isə mövzuya dair heç bir açıqlama verməyib. Pərəstişkarları bu qərardan üzülsələr də, digər tərəfdən zikavirusu qorxusu ağıllara hamiləlik sualını gətirib. Xüsusilə hamilə qadınlara təsir edən virus, Latın Amerikada geniş yayılıb.


Loading...

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır