www.sinerjipro.net

SinerjiProWide
Reklam

887uu“Rio-2016” Olimpiya Oyunları Azərbaycan üçün bir çox məqamla əlamətdar olub”.

Bunu oyunların yekunları ilə bağlı nəticələri şərh edərkən ASGA Analitik Təhlil Mərkəzinin rəhbəri Azər Verdiyev deyib. O, Respublikamızın medal sayına görə 207 iştirakçı və 87 mükafatçı dövlət arasında 15-ci yeri tutaraq, islam, türk və Qafqaz ölkələri arasında lider olduğunu dedi: “Rio-2016”-da Azərbaycan bayrağının 18 dəfə dalğalandırılması ölkəmizin təbliğatı baxımından böyük əhəmiyyətə malikdir. Dünyanın dörd bir tərəfindən milyarddan artıq tamaşaçının izlədiyi yarışlarda atletlərimizin təsnifat mərhələsindən final görüşlərinə qədər qazandıqları 60-a yaxın qələbə yalnız yüksək idman potensialının göstəricisi deyildi. Bu həm də güclü Azərbaycanın daha bir təsdiqi idi!

Əlbəttə, Olimpiya oyunlarında biz izləyiçiləri narazı salan, narahat edən məqamlar da oldu. Amma bu barədə rəyi həvəskarlar yox, peşəkarlar verməlidir. Şübhəsiz ki, yarışların nəticələrini təhlil edəcək, atletlərimizin idman performansının monitorinqini araşdıracaq mütəxəssislər, idman və Olimpiya strukturları bu məqamları ciddi və obyektiv şəkildə öyrənəcək, aydınlaşdıracaqlar. Taekvondoda və cüdoda hər birimizi sevindirən ciddi dönüş nə qədər qürur doğurucu və təqdirəlayiqdirsə, mükəmməl tarixi güləş ənənələrinə malik ölkəmizin pəhləvanlarının vətənə qızıl medalsız dönmələri o qədər təəssüfedicidir…

Digər toxunulası zəruri məqam “Rio-2016”-nın təşkilati hazırlığının çoxsaylı problemləri idi. Bu mövzuya diqqət ayıran xarici KİV tənqidi materiallarında müsbət müqayisə kimi bu sahədə təcrübəsi olmayan Azərbaycanın I Avropa Oyunlarının yüksək səviyyədə təşkilini nümunə kimi göstərir, Bakının Olimpiya hazırlığında mükəmməl model yaratdığını qeyd edirdilər. Ümumilikdə Avropada 7-ci, İslam ölkələri arasında 1-ci, MDB-də 2-ci yerdəyik. Medal keyfiyyəti baxımından isə 39-cu sıradayıq. Amma bir mıqamı da vurğulamalıyıq ki, bu dəfə biz 5 idman növü üzrə medal qazana bildik.”

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 26
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."