yenicag.az
yenicag.az

Rodriqo Maya Azərbaycanda

Rodriqo Maya Azərbaycanda

Müəllif: Redaktor

Editor

14778185355139663382_1000x669Braziliya Federativ Respublikası Milli Konqresinin Deputatlar Palatasının sədri Rodriqo Mayanın rəhbərlik etdiyi nümayəndə heyəti oktyabrın 30-da Azərbaycana rəsmi səfərə gəlib.

Yenicag.az Azərtac-a istinadən xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda Rodriqo Mayanı Azərbaycan Milli Məclisi sədrinin birinci müavini Ziyafət Əsgərov qarşılayıb.

Hava limanında jurnalistlərə müsahibə verən Rodriqo Maya Bakıya üçüncü dəfə səfər etdiyini, Braziliya parlamentinin sədri kimi isə ilk olaraq Azərbaycana gəldiyini bildirib: “Ölkələrimizi birləşdirən neft, qaz və digər sənaye sahələri mövcuddur. Səfərimin məqsədi Braziliya ilə Azərbaycan arasında əlaqələri inkişaf etdirməkdir”.

Gündəm

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti