Yazı İçi 468×60

roqozin“Dmitri Roqozinin Bakıya gəlişi planlaşdırılmış rəsmi səfərdir”

Bunu Yenicag.az-a bu gün Rusiya baş nazirinin müavini Dmitri Roqozinin Azərbaycana işgüzar səfər edəcəyini şərh edərkən millət vəkili Asim Mollazadə deyib.

Millət vəkilinin sözlərinə görə, Roqozinin bu səfəri ilk növbədə Azərbaycan və Rusiya arasında hərbi-sənaye istiqamətindəki əməkdaşlığa həsr olunub:

«Azərbaycan Rusiyadan baha da olsa kifayət qədər çoxlu silah-sursat almağa məcburdur. Bu istiqamətdə də müvafiq işlər görülür. Eyni zamanda da Roqozin onu da izah etməlidir ki, Ermənistan nə üçün heç bir pul ödəmədən Rusiya tərəfindən böyük həcmdə müasir hərbi texnika ilə təchiz olunur? Bunun arxasında nə dayanır? Azərbaycana yaradılan təhlükələr? Rusiya Minsk qrupunun həmsədridir və Rusiya Ermənistan Silahlı Qüvvələrini öz Silahlı Qüvəllərinə birləşdirir. Rusiyanın Ermənistanla hava müdafiə sistemi Duma tərəfindən də təsdiq olunub”.

Asim Mollazadə ile ilgili görsel sonucuAsim Mollazadə qeyd edib ki, Ermənistan danışıqlar prosesini dayandırıb:

“Rusiyanın böyük həcmdə Ermənistana müasir silahların, “İsgəndər-M” raketlərinin verməsindən sonra Ermənistan heç yalançı danışıqlar da aparmır, danışıqların imitasiyasını da həyata keçirmir. Çox güman ki, Roqozin bu məsələlərlə bağlı izahatlar verəcək.

Azərbaycan hər zaman Rusiya ilə normal qonşuluq, əməkdaşlıq və tərəfdaşlıq siyasətini yürütmək istəyir. Biz Rusiyanın Qarabağ münaqişəsinin həlli ilə bağlı verdiyi vədlərin reallaşmağını gözləyirik”.

 

Gülnarə Eynullaqızı
Yenicag.Az

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 5
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    WideSkyscrapper 160×600

    WideSkyscrapper 160×600

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."