Rotşildlərin gizli imperiyasının — Tarixi

Müəllif: Redaktor

Editor

xrotshild.jpg.pagespeed.ic.QRQbmf2qScBir dəfə Mayer Amşel oğlu Natana yazdığı məktubda bu cümlələrə yer vermişdi: “İşinə ciddi yanaşmayan biznesmen həm özünü, həm digərlərini müflis edə bilər. Dünya ədalətli deyil. Əgər insanlar, sənin işlərinin, biznesinin qaydasız, səliqəsiz idarə olunduğunu görsələr, səninlə yalnız bir məqsədlə-səni aldatmaq məqsədi ilə biznes quracaqlar”.

Təbii ki, bu məktubda əsas mesaj mühasibat işlərinin ideal olması deyil. Mayer övladlarını uzun illər bəşəriyyətin yaxşı olmadığı ideyası ilə tərbiyələndirib.

Bu baxışa sahib sülalə, sərhədlərini bu gün də heçkəsin bilmədiyi maliyyə imperiyası qurub. Konspiroloqların fikrinə görə, Rotşildlər dünyanın yarısına nəzarət edirlər.

Ailənin təməli iki yüz il bundan əvvəl qoyulub. Rotşildlərin gerbində 5 ədəd oxu tutan əl təsvir edilib. Oxlar Mayer Amşelin 5 oğludur: Amşel, Solomon, Natan, Karl və Ceyms. Onların dəstəyi olmadan, Rotşildlər ailəsi gettodan çıxa bilməzdi.

Mayer Amşel Rotşild Frankfurtun çirkli gettosunda, elə də imkanlı olmayan bir ailədə dünyaya gəlib. Gettoda yəhudilərin həyatı ağır idi: onlara bir çox peşə ilə məşğul olmaq qadağan edilmişdi. Gecələr, istirahət günləri və bayramlarda gettonu tərk etmək üçün külli miqdarda vergi ödənilirdi. Mayerin qardaşları istifadə edilmiş əşyaların alveri ilə məşğul olurdular. Mayer isə, qədim sikkə və medallar almağa başladı. Əntiq əşyalardan ibarət kolleksiya toplamaq alman zadəganlarında dəb idi. Bu səbəbdən belə bir əşya alverçi üçün knyaz sarayına icazə sayıla bilərdi.

Qanau qrafı, imperiya şəhəri Frankfurtla sərhəddə yerləşən Gessen-Kassel landqraflığının vəliəhdi Vilhelm numizmatika ilə maraqlanırdı. Gessenlərin evi Avropanın ən varlı evi sayılırdı. Kolleksionerin tanışlarından biri Rotşildi qrafa təqdim etdi. Vilhelm pul saya bilirdi, bu səbəbdən də alverçinin normal qiymət təklifi və səriştəsi onun xoşuna gəldi.
Amma Rotşild təkcə əntiq əşya satmaqla kifayətlənmək istəmirdi. Alman knyazlarının saraylarında maliyyə əməliyyatları ilə ənənəvi olaraq yəhudi-bankirlər məşğul olurdu. Gettoda bank işinə yiyələnən Mayer Amşel Vilhelmə vasitəçi xidmətlərini təklif etdi. 1789-cu ildə o, belə bir sifaiş aldı. Vilhelm tərəfindən təklif edilən iş Mayerin digər rəqibləri ilə müqayisədə cüzi idi. Qraf daha təcrübəli işçilərinə etibar edirdi. Rəqiblərinə qalib gəlmək üçün sarayda qohumluq əlaqələri lazım idi. Rotşild Karl Fridrix Buderusun diqqətini cəlb etdi.

Mayerin hissləri onu yanıltmadı. Vilhelmin övladlarının mürəbbisi kimi işə başlayan Buderus zaman keçdikcə landqrafın ən etibarlı adamına çevrildi. Bu zaman Vilhelm hərbi büdcənin iddarəsini ona tapşırdı. Bu işi yerinə yetirən saray əyanı Rotşildin xidmətlərindən istifadə etməyə başladı. Buderusun məsləhəti ilə Vilhelm böyük maliyyə əməliyyatlarını Rotşildə etibar etməyə başladı. 1803-cü ildə Mayer Amşel sarayın baş agenti vəzifəsinə təyin edildi.

19-cu əsrin əvvəllərində Rotşildlər artıq gettoda imkanlı ailə sayılırdı. Onlar yerli varlı ailələrdən biri olaraq qala bilərdilər. Amma vaxtında xarici təhlükəni hiss etməyi bacardılar. İmperator 1-ci Napoleon Avropanı işğal etməyə başladı.

1806-cı ildə Vilhelm fransızlar tərəfindən işğal edilmiş torpaqlardan qaçdı. Mayer Amşel onun agenti olaraq qalmışdı, amma bu həm təhlükəli idi, həm də gəlirli iş sayılmırdı. Bu zaman Rotşild üçüncü oğlu Natanın yaşadığı İngiltərə barədə düşünməyə başladı.

Natan parça taciri və qaçaqamalçıdan birja işçisinə çevrildi və 1807-ci ildə Vilhelmə Britaniya dövlət istiqrazlarını almağı təklif etdi. Heç kəsə etibar etməyən və ehtiyatlı davranan qraf bu fikri bəyənmədi. Ata Rotşild Buderusun qulağını dolduraraq, qrafı razı salmağa çalışdı. Nəhayət iki ildən sonra Natanuya istiqraz almaq tapşırığı verildi. 1810-1813-cü illər arasında Natan Rotşild dəfələrlə Britaniya dövlət istiqrazlarını satın aldı. Görəsən broker faizindən başqa, Rotşildlərin bu alqı-satqıda nə qazancı var idi? Tarixçi Nayell Ferqyüson izah edir ki, Natan fürsət gözləyərək istiqrazları nominal dəyərindən də az faizə alaraq Vilhelmə başqa qiymət göstərirdi. İkincisi, Rotşildlər istiqrazları möhlətlə alırdılar. Alıcı pulu həmən vermirdi və qiymətli kağızlar uzun müddətə vasitəçinin əlində qalırdı. Eyni zamanda Natan vaxtı uzadaraq məqsədlərini reallaşdırmaq üçün qrafdan beh alırdı. Kiçik qardaş Karl Vilhelmi nəzərdə tutaraq “Qoca bizə sərvət qazanmaqda kömək edib” deyirdi.

Tezliklə Sitidə dövlət qiymətli kağızlarını baha qiymətə alan yeni maqnat peyda oldu. Britaniya hökuməti Natan Rotşildlə maraqlanmağa başladı.

Natan Londonda varlandığı müddətdə Frankfurtlu Rotşildlər Fransa işğalından qazanc əldə etmək barədə düşünürdülər. 1810-cu ildə Napoleon tərəfindən yaradılmış Böyük Frankfurt Hersoqluğunun başçısı Karl fon Dalberq imperatorun oğlunun xaç suyuna salınma mərasimi üçün Parisə getmək istəyirdi. Bunun üçün isə böyük məbləğdə pula ehtiyacı var idi. Bu zaman Mayer Amşel sərfəli şərtlərlə kredit təklif etdi. Bu təklif vasitəsilə böyük hersoqun tam etibarını qazandı. Bu hadisədən sonra hersoq heç bir məsələdə Rotşildlərə yox demirdi.

Ailə iki cəbhəyə işləyirdi: bir tərəfdən Vilhelmi varlandıraraq, Napoleonla savaşa hazırlaşan Avstriya ordusu üçün pul yığır, digər tərəfdən qoşun üçün at almaq istəyən düşmən ordusuna borc verirdi.

Rotşild ailəsi kişilərinin yazışmalarından:

Natan biznes tərəfdaşına yazırdı: “Gəlir olmasa, mənim atamın heç bacası da tüstüləməz”.

Amşel: “İşləri pis gedən hökümətlə iş görmək daha yaxşıdır”.

Ceyms: “Atam tez-tez deyərdi ki, əgər hamı tərəfindən sevilə bilmirsənsə, elə et ki, səndən qorxsunlar”.
Salomon Rotşild dostuna Natan barədə yazırdı: “Mənim qardaşım Londondadır. O bizim komandirimizdir. Mən onun feldmarşalıyam. Öz vəzifəmə uyğun olaraq, bacardığım hər işi görməliyəm. Sonra da rəhbərlik qarşısında məruzə etməliyəm”.

Salomon Natana yazırdı: “1811-ci ildən işin məni çağırdığı yerə gedirəm. Əgər bir gün Sibirdə mənə ehtiyac yaransa, ora da gedəcəm”.

Natan: “Mən kitab oxumuram, qumar oynamıram, teatra getmirəm. Mənim ən böyük məşğuliyyətim işdir. Bu səbəbdən də Amşel, Salomon, Ceyms və Karlın məktublarını oxuyuram”.

Avropada Rotşildlər müharibə üçün fransızlara pul verirdilər. Britaniyada isə, Natan Bonopartın məğlubiyyəti üçün pul xərcləyirdi. İngilislər Portuqaliya və İspaniyada işğalçı fransızlarla vuruşurdular. 1813-cü ildə Britaniya ordusu hücuma keçdi. Ordunun təchizatı üçün pul lazım idi. Yerli valyutaya dəyişmək üçün qızıla ehtiyac yarandı. Amma qiymətli metalı düşmən torpaqlarından kim keçirə bilərdi və qızıl kimdə var idi?

1811-ci ildən qızıl qaçaqmalçılığı ilə məşğul olan Natan Rotşild köməyə gəldi. Bu işdə ona kömək edən qardaşı Ceyms Fransaya yerləşmişdi. Dövlət xəzinə naziri Nikol Molyenin fikrinə görə, qızılın azalması İngiltərə iqtisadiyyatını zəiflədə bilərdi. O, fikrini Napoleonla bölüşdü. Bu səbəbdən Fransa hakimiyyəti Rotşildlərin qızıl daşımasına göz yumdu.
1814-cü ilin yanvar ayında Britaniya dövləti Natana planı həyata keçirmək üçün göstəriş verdi. Avropanın müharibə səbəbi ilə dağıdılmış şəhərlərindən yığılmış qızıl problem olmadan nəzərdə tutulmuş yerə aparıldı. Natan Rotşild bu hadisə barədə bu sözləri demişdi: “Bu mənim ən uğurlu işim idi”. Hadisədən sonra Britaniya höküməti ən böyük maliyyə əməliyatlarını Rotşildə etibar etməyə başladı.

1-ci Nikolay 1849-cu ildə təbəələrini geri çağırdı. Bu zaman Aleksandr Gertsen xaricdə idi və bu qanuna qarşı saymamazlıq etdi. Bu zaman Rusiya höküməti onun mülk və kapitalına həbs qoydular. Eyni zamanda Gertsenin Ceyms Rotşildin Parisdə fəaliyyət göstərən bankında olan qiymətli kağızlarına ödəmə etməkdən imtina edildi. Rusiya tərəfi siyasi və gizli səbəblər göstərərək bu əməliyyatdan boyun qaçırdılar.

Gertsen bunu eşidəndə Rotşildə “mən inanmazdım ki, sizin Rusiyada belə zəif nüfuzunuz var” dedi. Ceyms Rusiya hökümətinə təhdidlə dolu məktub ünvanladı. Bu zaman Rusiya hakimiyyəti dünya banklarının etibarını və kreditini itirmək təhlükəsi ilə üz-üzə qaldı. Bu zaman Rusiya çarı Ceyms Rotşild vasitəsilə növbəti kredit götürmək istəyirdi. Ceymsin təhdidi öz təsirini göstərdi və Gertsen müflis olmaqdan xilas edildi.

Natan təkcə ingilis ordusunu maliyələşdirmirdi. Prussiya Vestminsteri, Fransanın gələcək kralı da Rotşildlərdən kredit götürürdü. Rotşildlərin Avropada nüfuzu və təsiri getdikcə artırdı. Müharibə dövründə pulun dövriyyəsi müxtəlif ölkələrdə valyua məzənnələrinə təsir edirdi. Bu dövriyyə Rotşildlərin əlində olduğu üçün onlar valyuta məzənnələrini təyin edir və onu idarə edirdilər.

Tarixi faktlara əsasən, müttəfiqlərin Vaterloo döyüşündə Napoleon üzərində qələbə qazanacağını hamıdan əvvəl bilən Natan Britaniya qiymətli kağızlarını manipulyasiya edərək həddən artıq böyük sərvət topladı. Amma Rotşildin Nyu-Kortdakı ofisinə müharibənin başa çatacağı barədə xəbərlərin daxil olması onu narahat etməyə başladı. Çünki artıq külli miqdarda gəlir götürə bilməyəcəkdi.

Amma sülh dövrü yeni imkanlar yaratdı. Müharibə səbəbindən dağıdılmış ölkələrə yenidənqurma üçün kredit lazım idi. Ceyms Rotşild Parisi, Salomon Vyana, Natan London, Karl Neapol hökumətlərini maliyyələşdirdi. Amşel isə Frankfurtda qalaraq atasının işlərini davam etdirdi.

1816-1818-ci illərdə Rotşildlər ailəsi Avstriya imperatoru tərəfindən əyan, 1822-ci ildə baron titulu ilə təltif edildi. Napoleon dünyanın yarısını işğal etməyə çalışsa da, onun müharibəsinin və nəticəsində tökülən qanların buna Rotşildlər nail oldular…(ölkə)


Загрузка...
Loading...

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır