www.sinerjipro.net

SinerjiProWide
Reklam

11844143_964597903582770_1271611001_nAzərbaycan Respublikasının Milli Məclisinə 5-ci çağırış seçkilərinin keçirilməsinə olduqca qısa müddət qalıb. Parlamentə mandat uğrunda yarışacaq namizədlər yaxın günlərdə seçki marafonuna start verməyə hazırlaşır. Noyabrda keçiriləcək millət vəkili seçkisində bir sıra ictimai fəal şəxslərin də iştirak edəcəyi gözlənilir.

Cari ilin payızına təsadüf edən Milli Məclisə 5-ci çağırış üzrə seçkidə Dünya Azərbaycanlıları Konqresinin (DAK) Azərbaycan Nümayəndəliyinin rəhbəri Səftər Rəhimlinin də qatılacağı gözlənilir.

Əldə etdiyimiz məlumata görə, S. Rəhimli Nizami Rayonundan namizədliyini irəli nsürəcək. Qeyd edək ki, hazırda bu rayondan – 24-cü dairədən millət vəkili Dövlət Neft Şirkətinin rəhbəri Rövnəq Abdullayevdir. Onun bu dəfəki seçkiyə qatılmayacağı gözlənilir.

Məsələ ilə bağlı danışan S.Rəhimli seçkilərə qatılacağını təsdiqlədi: “Bəli, parlament seçkilərinə qatılmaq niyyətindəyəm. Nizami rayonundan namizədliyimi irli sürəcəm. Hesab edirəm ki, bu rayondan namizədliyimi versəm qələbə qazanmaq şansım böyükdür. Rayon sakinləri məni və ailəmizi yaxından tanıyırılar. Uğur qazanacağıma inanıram”

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 356
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."