Rövşən Lənkəranskinin “kassiri” tutuldu

Müəllif: Redaktor

Editor

http_95.86.135.60_bpictures_picture167382Rusiyanın Yekaterinburq şəhərində keçirilən əməliyyat zamanı “qara kassir” ləqəbli Mail Əliyev adlı azərbaycanlı saxlanılıb.

AzVision.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Mail yerli “qanuni oğru”lara maliyyə yardımı edən şəxs olub. Belə ki, M. Əliyev Rövşən Lənkəranskiyə yaxın kriminal qruplaşmanın Ural regionundakı xəzinədarı kimi tanınır.

Bundan başqa həmyerlimiz qeyri-qanuni yolla əldə edilən pulları müxtəlif üsullarla rəsmiləşdirərək Türkiyəyə azərbaycanlı “qanuni oğru” Rövşən Lənkəranskiyə göndərirmiş.

Saxlanılan zamanı M.Əliyevin üzərindən 4, 5 milyon rubl pul götürülüb. Lakin o, pulu hardan aldığı barədə konkret məlumat verə bilməyib.

İlkin araşdırma zamanı məlum olub ki, ələ keçirilən pullar Yekaterinburqdakı qalmaqallı 4 saylı meyvə-tərəvəz bazasından yığılmış və “qara kassa”ya çatacaq pullar imiş.

Eyni zamanda onun 4 saylı meyvə-tərəvəz bazasında olan otağından müxtəlif firmalara məxsus olan peçatlar aşkar edilib. Mail həmçinin şəhərdə ən böyük “Taqanskiy Ryad” ticarət mərkəzindən daxil olan pullara da nəzarət edirmiş .

Hesab edilir ki onun bütün biznesi Lənkəranski tərəfindən idarə edilirmiş. Çünki bütün pullar ona göndərilirmiş.

Hazırda M. Əliyevlə bağlı araşdırma aparılır.

Qeyd edək ki, bir müddət öncə şəhərdə hüquq mühafizə orqanları əməkdaşlarının restoranların birində keçirdiyi əməliyyat zamanı 200-dək azərbaycanlı saxlanılmışdı. Restoranda şəhərdəki iri ticarət obyektlərinə “baxan” seçilməliydi və bununla bağlı “qanuni oğru” Rövşən Lənkaranski Merab Suxumskini Yekaterinburqa göndərmişdi. Amma polislər bu təyinata mane olmuşdu.



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır