!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Röya xəbər yolladı: "Əgər addımı o atsa, razılaşaram"

!Reklam – Yazi

“Mahnını özü hazırlayarsa, yəni bu işdə addımı Murad atarsa, onunla duet oxumağa razılıq verərəm”.

Əməkdar artist Röya Ayxan duet oxumaq arzusunda olduğu sənətçilərdən birinin müğənni-bəstəkar Murad Arif olduğunu deyib.

Yenicag.az-a açıqlama verən Murad Arif Röyanın təklifinə belə cavab verib:

“Mən də çox istərəm ki, Röya ilə duet oxuyum. Röya kiminlə duet oxudusa, o adamlar bir qədər artıq sevildi, tanındı, daha çox qazandı. Amma mən bu təklifə gözəl bir nəğmə ilə hazırlaşmalıyam. Hər yerdə eşitmək istədiyiniz mahnı olmalıdır… Onunla duet oxumaq istəyim vardı, özü deyəndən sonra isə bu istək bir plana, məqsədə çevrildi. Araya şeytan girməsə, alınacaq”.

Murad Arif Röya ilə şəxsi münasibətindən də danışdı:
“Roya ilə özəl münasibətim var. Biz hər gün bir yerdə olmayan, amma bir-birimizi məsafədən dəyərləndirən insanlarıq. Hesab edirəm ki, əslində, ən möhkəm münasibətlər belə olur. Bu mövzuda aramızda heç bir problem ola bilməz”.

Cəvahir

www.yenicag.az

5317
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv