427x640x12086898_477388289135691_842084420_n.jpg.pagespeed.ic.Ckw3JdM056Məşhur türkiyəli musiqiçi Ozan Çolakoğlu və Azərbaycanın estrada ulduzu Röya Ayxan qardaş ölkədə bir araya gəliblər.

Yenicag.az xəbər verir ki, Ölkə.Az-ın məlumatına görə, söz və musiqisi Gülşenə məxsus “Kesin bilgi” adlı yeni bəstə bütövlükdə Çolakoğlunun “Ozinga” şirkətində hazırlanıb. Klipin rejissoru yenə də Murad Küçükdür.

Tərəflərin iş birliyi Türkiyə mətbuatında da geniş yer alıb. Layihənin öncə qardaş ölkənin mediasında təqdim edilməsi Röyanın özü üçün də xoş sürpriz olub. İfaçı yeni işinin işıq üzü görməsini məhz Türkiyə mətbuatı vasitəsi ilə öyrənib.

”Kesin bilgi”nin akustik versiyası Emre Bayara, remiksi isə Kaan Gökmana məxsusdur. Klipin özü ilə yanaşı hər iki versiyası da bu gündən etibarən musiqisevərlərin ixtiyarına buraxılıb.

Xatırladaq ki, Röya daha öncə də “Gönder” və “Gemiçiler” adlı klipləri ilə türk mətbuatının gündəmini zəbt etmişdi.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 24
Kateqoriyalar:
Etiketlər:
Mənbə:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    WideSkyscrapper 160×600

    WideSkyscrapper 160×600

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."