Yazı İçi 468×60

Roza Zərgərlinin daha bir yalanı üzə çıxdı. Tələbəlik illərində məşhur ayaması ilə tanınan müğənni bu günlərdə evli olduğunu qabardır. Heç kimin tanımadığı “həyat yoldaşı”ndan danışmağı çox sevən Roza Zərgər qızı Allahverdiyeva həyatında bir dəfə evli olub. Gəncə məhkəmələrinin birində məhz qarşı tərəfin tələbi ilə pozulan nikahdan sonra o, bir daha heç kimlə kəbin kəsdirməyib.

Ancaq buna baxmayaraq, sponsorunun (el arasında bu sözə “saxlayan” deyilir) həyat yoldaşı olduğunu iddia edir. Əlahəzrət fakt, yəni, Roza xanımın bir neçə ay öncə dəyişdirdiyi şəxsiyyət vəsiqəsi isə sübut edir ki, Roza Allahverdiyeva hələ də subaydır.

Baxmayaraq ki, Rozanın israrla “həyat yoldaşımdır” dediyi həmin şəxs başqa bir xanımla evlidir. Həm də çox tanınmış icra başçılarından birinin kürəkənidir. Prokurorluq sistemində çalışan “həyat yoldaşı”nın yardımı ilə kliplər çəkdirən, “gəlin köçürən” Roza Allahverdiyeva həm də “ər”indən məhkəmədə jurnalistlərə qarşı istifadə edir. Belə ki, vəzifə səlahiyyətlərindən sui-istifadə edən həmin şəxs (adı bizə məlumdur) məhkəmələrə təsir göstərərək, Roza Allahverdiyevanın reputasiyasını qorumağa çalışır.

Ancaq nə vaxta qədər cidanı çuvalda saxlamaq mümkün olacaq?..

 

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 16269
Kateqoriyalar:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    WideSkyscrapper 160×600

    WideSkyscrapper 160×600

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."