!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rubl bahalaşıb

!Reklam – Yazi

aytac1Moskva birjasında rublun məzənnəsində dollara qarşı kəskin artımı müşahidə edilib.

Səhər saatlarında 1 dolların məzənnəsi rubla nisbətdə 36 qəpik ucuzlaşaraq 61,10 rubl dəyərində təşkil edib. Eyni zamanda avronun rubla qarşı məzənnəsi isə azalaraq 69,69 rubl təşkil edib. Son bir neçə gün ərzində bahalaşan Brent markalı neftin qiyməti ötən günə nisbətən dəyişməz qalıb. Belə ki, neftin bir barreli 61,60 dollar təşkil edib.

Onu da bildirək ki, Rusiya Federasiyasının qızıl-valyuta ehtiyatları azalmağa davam edir. Rusiyanın qızıl-valyuta ehtiyatları son günlərdə 3,7 milyard dollar məbləğində əriyib və 364,6 milyard dollara enib. Bu, 2007-ci ilin aprelindən bəri ən aşağı göstəricidir.

www.yenicag.az

666
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv