!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rüfət MURADLI: Bayraq da, vətən də, insan ilə dəyər qazanır

!Reklam – Yazi

 

IMG_6392Türkiyə bayrağını nədən başımın üzərinə qaldırdığımın mahiyyətini iki kəlmə ilə ifadə edə bilmirəmsə, bu, idmançılarımızın duyğularının da tez alışan poliuretan üzlüklər kimi süni olması kimi dəyərəndirilə bilər.

Futbolçumuz qol vurur, komandamız qələbə qazanır və qolun sahibi həmrəylik əlaməti olaraq Türkiyənin bayrağını açaraq iki qardaş ölkənin birliyini nümayiş etdirir. Eyni zamanda tamaşaçıların oturduğu digər bölümdə Şimali Kipr bayrağını açan gənclər polisin kəskin hücumuna məruz qalsalar da sona qədər “Yavru Vətən”in bayrağına sahib çıxmağı bacarırlar. Bütün bunlarl gerçəkdən qürur hissi ilə izlədik. Polisi qınadıq, gəncləri və futbolçumuzu isə öydük. Di gəl, futbolçumuzun o qeyri müəyyən, eyni zamanda primitiv tərbiyə qaydalarına sığmayan hərəkəti iləhər şey alt-üst oldu. Gerçəkdən bayraq qaldıran bayrağın dəyərini və məsuliyyətini anlamalı..

Bayrağın müqəddəsliyi haqda coş duyduq, cox eşitdik. Osmanlı sultanı Muradın dönəmində 13 yaşlı bir yeniyetmənin bayrağa sarılaraq şəhid olması kimi tarixdə rastlaşdığımız onlarla bayraq qəhrəmanlıq nümunəsi mövcuddur. Görəsən ölkəmin Türkiyə bayrağı qaldıran futbolçusu da  İzmirdə yunan qoşununa qələbə çalıb tribunaya zəfər nitqi üçün qalxan Mustafa Kamal Paşanın ayaqları altına Yunan bayrağı sərilirkən “ Bayraq bir millətin heysiyyətidir. Onu həmən qaldırın” deyimindən xəbərdar idimi ? Düşünmürəm.. Bu olayın sabahısı baş verən acı hadisə,əslində qanımızı donduran faciə isə mənim haqlı olduğumu təsdiqləyir. Orta mövcud olan tablo budur:” İdmançımızın idman ənənəsi və əxlaqına siğmayan davranışına etiraz mahiyyətli( bir az da kəskin) FB statusuna görə gənc, yaxın günlərdə ailə qurmağa hazırlaşan , peşəsi  jurnalist olan Rasim Əliyev özlərini məlum futbolçunun yaxınları kimi təqdim edən bir qrup şəxs tərəfindən vəhşicəsinə döyülür və xəstəxanaya yerləşdirilsə də daxili qanaxmadan həyatını itirir!! Hal hazırda bu yazı yazılırkən Rasim artıq torpağa da tapşırılıb. Bu qədər bəsit , bu qədər soyuqqanlı, bu qədər acımasız bir şəkildə gəncin həyatına son qoyulur. Polisin və səhiyyəmizin yarıtmaz, eyni zamanda aciz durumunu göz önündə sərgiləyən acı  bir hadisə yaşadıq. Ayıq vicdanları ağrıdan dəhşət saçan bir olay.. Amma  bu  faciə ilə yanaşı özünü millətçi camiənin nümayəndələri sayan bəzi dostların olaya yanaşmaları mənim üçün gözlənilməz , eyni zamanda ağır zərbə oldu.

Əzizlərim! Biz bir nəsnəni unuduruq deyəsən. Bayraq da, vətən də, torpaq da, yurd da onun üzərində yaşayan insanı ilə dəyər qazanır.  Və bayraq da onu daşımağa mənəvi haqqı olanların başı üzərində dalğalananda gerçək dəyərini qazanar. Çünki bayraq həm də əxlaq və tərbiyə simvoludur.  Türkiyə bayrağını nədən başımın üzərinə qaldırdığımın mahiyyətini iki kəlmə ilə ifadə edə bilmirəmsə, bu, idmançılarımızın duyğularının da tez alışan poliuretan üzlüklər kimi süni olması kimi dəyərəndirilə bilər.Əslində idmançılara iri məbləğdə mükafatları  təqdim edən qurumların onların mənəvi-psixoloji durumlarına da diqqət etməsi gərəkirdi. Əgər bu qurumların özləri bu açıdan sorun yaşamırlarsa. Nə yazıq ki,biz çempionluğuna görə 400 min mükafat aldıqdan sonar idmanı buraxaraq  biznesə qoşulan,mühafizə xidmətinə işə keçən, hətta narkotikə qurşanan idmançılarımızı da az görmədik.

Baş verən olayda futbolçunu müdafiə edən dostlar bunu da unudurlar ki, əgər bu gün həmin idmançının yaxınları tərəfindənı  ağır  tənqid etməsi səbəbilə bir gənc  vəhşicəsinə döyülürsə bu cəmiyyətdə dərəbəylik və cəzasızlıq adlı qorxunc bir sindromun  adi hal almasının təzahürüdür. Və bu sindrom toplumun hər fərdi üçün təhlükə mənbəyidir. Tərbiyəsi olmayan, vətən anlayışı villasının divarını, millət düşüncəsi qohumlarının sərhədini aşa bilməyən fərdlərin müdafiəsi mövcud presedentin- sözə görə cəzalandırmanın adiləşməsinə səbəb olmaqla cəmiyyətdə daha ağır faciələrə, başıpozuqluqlara  yol aça bilər.

Heç ömrümdə bircə dəfə belə rastlaşmadığım o bəxtsiz gənc bir də geri – evinə, ailəsinə dönməyəcək. Avqustun ortalarında nişan mərasimi olacaqmış. Ailəsinin və nişanlısının acısı böyük..

Nə qədər ki, haqsızlıq qarşısında susuruq, güclüyə tən veririk, bir tanışımıza görə haqq sözü deməkdən belə çəkinirik aqibətimiz bundan qeyrisi olmayacaq. Müqəddəs kitabımızda da gəlib ki,”bu dünyada hər şey insan üçündür”. Bəli, hər şey onun varlığı ilə dəyər və anlam əldə edir.  O cümlədən BAYRAQ da..

 

 

www.yenicag.az

843
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv