Rüfət Quliyev lənkəranlıları necə aldadır? – Özü boynuna aldı-FOTOLAR

Müəllif: Redaktor

Editor

unnamedYenicag.az xəbər verir ki, 5 illik deputatlığı dövründə seçicilərini unudub, qazandığı pullarla seçkini “almaq” istəyən Lənkəran şəhər 73 saylı dairənin biznesmen deputatı Rüfət Quliyev öz təşviqat kampaniyası çərçivəsində hazırladığı çap materiallarındakı yazı ilə özünü ifşa etdi. Biz isə millət vəkili olduğu 10 il ərzində gördüyü işlərlə seçicilərinə hesabat verə bilməyən deputatın Lənkəranda qanunsuz özəlləşdirdiyi biznes obyektlərinin siyahi və fotolar hər kəsə məlumdur. Depuatatın ən böyük gəlir obyekti Azərbaycanı tütünlə təmin edən və Eldar Mahmudovla şərik olduğu European Tobacco şirkətidir. İndi isə bukletdəki yazılanlar ilə sizə təqdim edirik.

1.Veteranlar klubuna zəruri elektrik –məişət cihazları .oyun əşyaları verilmişdir.
-Həmin deyilən klub ilə tanış olan hər bir şəxs əmin edə bilərki yazılanlardan söhbət gedə bilməz.

2. 4 il hər dəfə aprel ayında orta məktəblərdə sinaq test imtahanı təşkil etmişdir ,2011 ci ildə Sütəmurdov kənd orta məktəbinin maye yanacaqla təminatına kömək göstərmişdir
– Bununla biznesmen deputat Təhsil Nazirliyi tərəfindən Lənkəranda təhsil siyasətinin yürüdülməməyini, məktəblərdə müəllimlərin vəzifə səlahiyyətlərinin lazımı icra etmədiyini, nəyi sübut etməyə çalışır?!

3. 5 nəfər Lənkəranlı gənc 3 aylıq Bakıda kompüter kurslarında oxumuşdur – Qeyd etmək istərdik ki, Lənkəranda 10000 dən çox gənc var və biznesmen deputat həmin kursu 10 illik mandatı dövründə Lənkəranda açıb daha çox gənc bundan faydalana bilməzdimi?!

4. 4 nömrəli məktəbə 10 ədəd şahmat saatı alıb
– Bu onu sübüt edirki 10 ilin deputatı Rüfət Quliyevin məktəblilərə qayğısı elə ilə bir saat qədərdir. Bununla siz vaxtınızı deyil Rüfət bəy, damarlarımızdakı qanımızı dondurduz.

5. Maddi durumu zəif olan 5 ailənin qızları gəlin köçərkən onlara cehiz vermişdir
– Rüfət bəy , Lənkəran ictimaiyyətində sizin bu “xeyirxaxlığınızı” demək nə dərəcədə doğrudur? Cənab deputat daha neçə məclisdə güzgü tutmusuz?!

6.Müxtəlif xeyriyyə fondlarına vəsait keçirilmişdir .
-Hörmətli Rüfət müəllim , siz köçürdüyünüz bu pulların hesabatını verə bilərsinizmi? Hansı pula bunu etmisiniz , deputat maaşınamı və ya geniş biznes fəaiyyətinizi boynunuza alırsınız?!
7.Bir nəfər tibb bacısı üçün zəruri tibbi ləvazimatlar alınmışdır ki, fərdi qaydada işdən sonra öz ixtisası ilə məşğul olub ailə büdcəsini artırsın.
– Rüfət bəy , siz nə zaman Parlamentdə həkimlərin sosial rifahı ilə bağlı hər hansı çıxış etdiniz? Lənkəranda bir tibb bacısı varmı? Bir nəfərinmi taleyi sizi narahat edir?!

8.Seçki dairəsinə daxil olan məntəqələrdə xeyir –şər məclislərində iştirak edib maddi yardım göstərmişdir.
– Bu qeyd etdiyiniz bənd nəinki İslam əxlaqına hətta insanın mənəvi əxlaqınada sığmır. Rüfət bəy , yaşlı nəsillərin evlərində bir kitabça vardı və ora getdiyimiz toy – yas mərasimlərində xərclədiyimiz pulları yazırdıq. Sizin o kitabçanız varsa onuda xaişimiz ilə platformanıza elavə edərdiniz.

9. 5 il müddətində 25 görüş keçirmişəm və hər ay 2-3 dəfə görüş –qəbul keçirmişəm

– Bir ildə bir görüş keçirməklə hansı sima ilə təkrar Lənkəran sakinlərinin vəkili olmaq istəyirsiniz? Rüfət bəy , tam səmimiyyətimiz ilə deyə bilərik ki, sizin tütün biznesiniz ölkədə məşhur bizneslərdən biridir və sizin kimi bir iqtisadçının bu riyazi savadı bizlərdə böyük təəssüf doğurdu.

Qeyd edək ki namizəd.az da onlayn səsvermədə R.Quliyev bu il 125 deputat arasında ən çox – 93% səslə seçicilərin ən çox narazı qaldığı millət vəkili seçilmişdi.

 



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır