Yazı İçi 468×60

 

re_DSC01041Siqaret mafiyasının önəmli ismi Rüfət Quliyevin əsas rəqibi- Lənkəranın nüfuzlu dindarlarından Ramin Əkbərli seçki prossesindən kənar saxlanması ilə əlaqədar bəyanat yayıb. Bəyanatda 73 saylı Lənkəran şəhər dairə seçki komissiyasının özbaşınalıqlarından bəhs edilir.

Məktubu qısa ixtisarlarla dərc edirik:

11070497_873323832727711_5563261124390826726_n“Bildiyiniz kimi, mən, 01 noyabr 2015-ci ildə,milli məclisə keçiriləcək deputat seçkilərində,mənə göstərilən etimad və inamdan dolayı namizədliyimi irəli sürdüm.İlk öncə bu çətin və məsuliyyətli işdə mənə maddi və mənəvi dəstək olan hər bir kəsə öz dərin təşəkkürümü bildirirəm.Təbii ki,hər namizəd kimi mənim də bu seçkilərə qatılmağımda məqsədlərim vardır,o məqsədləri digər yazılarımda qeyd edəcəyəm.Lakin indi deyəcəklərim namizədliyimin son gündə qəbul olunmamasıdır.Düzdür əvvəl də düşünürdüm ki, məni qeydə almayacaqlar. Ancaq bəzi məsələlərdən ötrü bu yolda yürüməyi özümə borc bildim.Bu müddət ərzində böyük bir məktəb oxudum.Nələr eşitdim nələr gördüm…Əslində eyni cəmiyyətdə yaşayıb hansısa təbəqənin digər təbəqəyə qarşı olan ögey və düşman münasibətlərinə yaxından tanış oldum.Üzdə məsumluq libasına bürünən,pərdə arxasında isə beş günlük vəzifədən ötəri çabalayanların şahidi oldum. Maraqlı burasındadır ki,73 saylı Lənkəran şəhər dairə seçki komisiyası mənə namizədliyimin irəli sürülməsi üçün sadəcə 4 sənədin lazım olduğunu deyib,”digər sənədləri biz deməməliyik, get internetdən,ordan-burdan öyrən” demələri,öncədən məsələnin sonundan xəbər verirdi.Bütün sənədləri dəqiqliklə toplayıb təqdim edib, imza vərəqələrini aldım. Dairəyə 450 səs lazımkən 497 səs təqdim etdim.Çox bəhanələrlə səslərim nöqsanlı çıxarıldı.Gah imzaların oxşarlığı gah da qaralamalar olduğunu deyib, süni nöqsan çıxardılar.Bu gün 37 səhvin var deyənlər səhəri gün səhvlərimi 62-ə çıxartdılar.

Ən acınacaqlı vəziyyət isə,  səs topladığım bir ərazi icra nümayəndəsinin,mənim namizədliyimin qeydə alınması üçün könül xoşluğu ilə imza atanları məntəqəyə çağırıb polislə qorxudaraq ərizə yazdırıb, “Ramin Əkbərli bizə zor tətbiq edib, güclə imza atdırdı” deməsidir.İtirəcəkləri işdən və ya təziqdən dolayı carəsizlikdən imza atanlar oldu. Digər tərəfdən vəkillərimə də təziq və təsirlər olundu. Mənim namizədliyimi geri götürməmi istəyənlər içərisində ən yaxın adamlarım belə oldu.Mənə əvvəl “sona qədər mübarizə apar, bu yolda geriyə addım atmaq kişiyə yaraşmaz” deyən kəslərin, sonda “sən gəl bu işdə özünü yorma, onsuzda bir yolla səni kənarlaşdıracaqlar,və ya sənə görə kimlərisə işdən çıxarsalar,sən onlara çörək verəcəksənmi? dediyinin şahidi oldum.

İlk gündən sosial şəbəkələrdə bəzi rəqib namizədlər tərəfindən böhtanlarla,şayələrlə vuruldum.

Rəqibi olduğum,10 ildir Mlili məclisdə”millətin vəkili”olan Rüfət Quliyevin şəklini profil şəkli olaraq qoyan tərəftarları məni vurmağla əslində, özlərinin çirkin siyasətlərini xalqa göstərdilər. Xalqın rəğbətini, məhəbbətini qazanaraq onlara vəkil olmaq əvəzinə,əksinə, xalqın ehtiram və məhəbbət göstərdiyi şəxsə qarşı yalanlara,böhtanlara,hədə qorxulara əl atıb yenidən onun beş il müddətinə millətə vəkil olmasına çalışdılar. Mən Rüfətin adını çəkməklə digər namizədlərə hörmətsizlik etmirəm, sadəcə Rüfət Quliyevin tərəfdarları simasında özümü tanıdım.Sanki nə qədər qorxunc,nə qədər təhlükəli rəqib olduğumu anladım.Hamıya məlumdur ki, Rüfət Quliyev Lənkəranlılara heçdə doğma deyil.Çünkü 10 il ərzində nə ki,bir iş görməsinin,hətta Milli Məclisdə belə sabit oturduğunun şahidi olmayıblar.Millətin səsini öz şəxsi həyatının güclənməsi, rifahının daha da artması naminə illərlə batıran şəxslər bir gün gələcək hesab verəcəklər.

Həmçinin, haqqa batil donu geyindirib,batilə haqq libasını geyindirənlər,bilərəkdən bu xalqın bundan sonra da beş il gözləri yolda qulaqları səsdə qalmasını dəstəkləyib şərait yaradanlar bir gün bu xalqın hesabını ödəyəcəklər! Mənə gəldikdə mən demirəm əgər mən deputat seçilsəydim nələr edəcəkdim və ya bəziləri kimi Qarabağı alacaqdım, xeyr,mən Qarabağ haqqında olan fikrimi iki il öncə yazdığım məqaləmdə demişəm.Sadəcə, bu xalqın bir nümayəndəsi olduğum üçün namizədliyimi irəli sürdüm.Eyni cəmiyyətdə yaşayıb eyni şəxsiyyət vəsiqəsi daşıdığım üçün,hamı kimi bərabər konstitusiyaya tabe olduğum, hər kəs kimi vətənimin xidmətində layiqincə durub,döyüş bölgəsində dəfələrlə fəxri fərmanlar aldığım üçün namizədliyimi irəli sürdüm. Azərbaycanın bütün qanunlarına hər kəs kimi tabe olduğum və ən əsası xalqıma,vətənimə sadiq olub Azərbaycanın saf dövlətçiliyinə xatir namizədliyimi irəli sürdüm.Mən Amerikadan, İrandan və ya Rusiyadan gəlməmişdim ki, bu qədər təzyiqlərlə üzləşdim. Mən özümü tanıdığım gündən vətənimə xalqıma sadiq olmuşam. Mən bu əqidəni ilk öncə Atamın məktəbində örgəndim.Sosial şəbəkələrdə məni hansısa dövlətlərə bağlamaq, haralardansa maddi dəstək alıb namizədliyimi verməyimi səsləndirmək ən azından gülüncdür. Əgər varsada belə bir hal, mən şərəfimlə hesab verməyə hazıram. Hansı ki, bu işdə mənə maaddiyyatı kiçik amma qəlbi böyük olan dostlarım yardım etdilər.Bəli, mən bu xalqın nümayəndəsiyəm.Məqsədim də xalqım üçün içtimayi məsuliyyəti boynuma götürmək idi. Namaz qılmağıma gəldikdə bu bir İlahi vəzifədir və mənimlə öz Allahım arasında olan bəndəlik borcudur.Bunu hər bir kimsə edə bilər.Lakin bu o demək də deyilki mən namaz qıldığım üçün cəmiyyətdən ayrılıb başqa bir təbəqəyə çevrilməliyəm.

Kənarda ekstrimist olub, kimlərinsə bostanına daş atmalıyam? Xeyr, mən belə namaz qılmağı bəziləri kimi idmandan başqa bir şey adlandırmıram. Namaz məni radikal edib cəmiyyətdən ayıracaqsa,onda vay mənim halıma.Mən əqidəmə,mentalitetimə,milli mənəvi dəyərlərimə və vətənimə ölənə qədər sadiqəm.Məni bu qədər təhlükəli bilib,şayə və böhtanlarla vurmaq,əleyhimə insanları,”Ramin Əkbərli bizə zor tətbiq edib, bizdən imza aldı” ərizəsinə imza çəkdirmək nə ki,Lənkaranlıya heç bir Azərbaycanlıya yaraşmıyan addımdır.Mənmi zor tətbiq edib imza almışam? Mənmi millətə zor tətbiq etməklə millətə vəkili olmağ istəyirəm? Heç bir namizəd axmaqlıq edib, namizədliyinin qeydə alınması üçün kimsəyə zor tətbiq edib özünə cinayət işi açmaz! Həmçinin mən də o əqidənin sahibi deyiləm ki,kimlərə isə məcburən imza atdırım.Əsla elə deyil və bunu eşidənlər onsuzda inanmır və inanmayacaqlarda.Əgər mənə səs lazımdırsa, təkcə namizədliyim irəli sürülən dairədən on minlərlə səs toplayaram.Daha beş səsdən ötrü kimlərisə zorla imza atdırmaram. Adı çəkilən şəxslərin mənə sevinərək xeyir dua verərək mənim üçün imza atmalarına dair kifayət qədər dəlillər də vardır.

Mən Ramin Əkbərli bu seçkilərə qatıldım və qısa zaman kəsiyində çox hadisələrlə,xoşa gələn və gəlməyən mənzərələrlə qarşılaşdım.Sonda da nəticə olaraq seçkidən uzaqlaşdırıldım.Bu mənim üçün çox qiymətli oldu.

Sonda onu da qeyd edim ki,şayələrə görə, Rüfət Quliyev Ramin Əkbərliyə 20 min manat pul verib və Ramin Əkbərli də namizədliyini geri çəkib. Çox maraqlıdır, görəsən Rüfət Quliyev niyə başqa namizədlərə geri çəkilmələri üçün pul verməyib, yalnız Ramin Əkbərliyə verib? Rüfət gedib o pulu öz kəndinin bərbad olan yollarına xərcləsin! Ramin Əkbərlinin o pula ehtiyacı yoxdur!Belə şaiyələr məni maraqlandırmır. Çünki mənim mənəviyyatım Rüfətin pulundan daha qiymətlidir!!!”

Yenicag.az

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 78
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    WideSkyscrapper 160×600

    WideSkyscrapper 160×600

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."