!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ruhani İrandakı hadisələri öz lehinə çevirə bilər

!Reklam – Yazi

İranlı analitik Adnan Tabatabai İranda baş verən hadisələri dəyərləndirib.

Yenicag.az xarici KİV-ə istinadən xəbər verir ki, iranlı politoloq 28 dekabrdan etibarən ölkədə həyata keçirilən etiraz aksiyaları barədə maraqlı ifadələr işlədib. O, bildirib ki, Ruhani xalqın şikayətlərini haqlı hesab edərək və etiraz hüququnu tanıyaraq hadisələrin gedişatını tamamilə öz lehinə çevirə bilər.

Tabatabainin müsahibəsindən maraqlı hissələri təqdim edirik:

– İrandakı aksiyalar tamamilə xaotik bir xalq hərəkatı idi, yoxsa Məşhəd başda olmaqla yeni təşkilatmı yaranır? İrandakı hansı qüvvələr bu cür böyük iğtişaşları təşkil etməyə qadirdir?

– Şübhəsiz, İran xalqı üst-üstə yığılmış iqtisadi-sosial problemlərdən bezib. Daha sonra isə dövlət büdcəsi ətrafında narazılıqlar başladı. Həsən Ruhaninin siyasi rəqibləri yaranmış əlverişli vəziyyətdən istifadə edərək, aksiyaların təşkil olunmasında maraqlı tərəf kimi çıxış etdilər. Əvvəlcə müəyyən qədər təşkilatçılıq vardı, amma daha sonra proseslər xaotik şəkil alaraq, bütün ölkəyə yayıldı.

– Küçələrdə fərqli maraqlardan çıxış edən insanlar var. Kürdlər və Azərbaycan türkləri daha çox dünyəvi şüarlar səsləndirir, Məşhəd, Qum və Şirazda isə müxalif mühafizəkarlar sosial çətinliklərə etiraz edirlər. Bu vəziyyəti necə dəyərləndirirsiniz?

– Dediyim kimi etirazların konkret bir siyasi xətti yoxdur. Fərqli qruplar fəqli tələblər irəli sürür. Onları birləşdirən yeganə amil isə iqtisadiyyat ola bilər. Bütün qruplar bu məsələdə eyni dərəcədə əsəbidir. Lakin indiyə qədər onlar ortaq məxrəcə gələrək, doğru bir addım atmayıblar.

– İrandakı daxili-siyasi dinamikanı nəzərə alaraq, sizcə hadisələrin sonunda kim qazanclı çıxacaq?

– Bunu zaman göstərəcək. Amma Ruhani xalqın şikayətlənməkdə haqlı olduğunu düşünərək, onların dinc etiraz hüququnu tanıyır. Bu isə onun mövqeyini gücləndirə və hadisələri onun lehinə çevirə bilər. Bununla belə, Ruhani iqtisadi çətinliklər məsələsində günahı bəzi dövlət qurumlarının da boynuna atmağa çalışacaq. Bu addım onun sosial dayağını gücləndirsə də, bürokratik dayağını zəiflədə bilər. Buna görə də hələlik, konkret nəsə demək üçün tezdir.

www.yenicag.az

2550
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv