!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ruhaninin ikinci hakimiyyət müddəti: İran-Azərbaycan münasibətlərində nə dəyişəcək?

!Reklam – Yazi

İkinci müddətə İranın prezident seçilən Həsən Ruhaninin andiçmə mərasimi sabah ölkə parlamentində baş tutacaq.

On milyonlarla soydaşımızın yaşadığı cənub qonşumuz İranda Həsən Ruhaninin ikinci hakimiyyət dönəmi Azərbaycanla münasibətlərin perspektivi baxımından maraqlı görünür.

Bu məsələni Yenicag.Az-a dəyərləndirən Orta Doğu Araşdırmalar Mərkəzinin rəhbəri Sədrəddin Soltan bildirib ki, Ruhaninin ikinci prezidentlik müddətində İranın Azərbaycana qarşı siyasətində dəyişiklik gözlənilmir:

“İranda ölkənin xarici siyasət kursunu prezident müəyyənləşdirmir. Yəni bu məsələləri prezident və başçılıq etdiyi hökumət təkbaşına həll etmir. Ölkənin xarici siyasət kursu, qonşu dövlətlərlə bağlı siyasətini İranın ali dini rəhbəri Ayətullah Xamneyinin başçılıq etdiyi qurum formalaşdırır.

İran prezidenti isə bütün ölkədə qəbul olunan qanun və qərarların icrasına cavabdehlik daşıyır. Yəni İranda preziden dövlət başçısı yox, hökumət rəhbəridir. Bu baxımdan onun səlahiyyətləri xeyli məhduddur.

Odur ki, Azərbaycan-İran münasibətlərinin istiqamətini Həsən Ruhani müəyyən etmir, bu məsələdə həlledici sözə malik deyil. Başqa sözlə, Rəfsəncani, Hatəmi və Əhmədinejatın Azərbaycana münasibəti necə idisə, Ruhaninin də münasibəti elədir.

Ruhaninin hakimiyyətdə olduğu birinci dönəmdə də İran Ermənistanı işğalçı dövlət kimi tanımayıb. Onun ikinci hakimiyyət müddətində də bu siyasət dəyişməyəcək. Azərbaycan üçün əsas məsələ ərazi bütövlüyünün İran tərəfindən tanınması, işğalçının adı ilə çağırılması və ona qarşı sanksiyaların tətbiq edilməsidir. İran isə bunlardan heç birini etməyib.

Əksinə, rəsmi Tehran bütün sahələr üzrə Ermənistanla hərtərəfli əməkdaşlığı genişləndirməkdədir. İranda hakim rejimin yeritdiyi strategiya və xarici siyasət kursu bunu deməyə əsas verir. O baxımdan, Ruhaninin ikinci dövründə də Azərbaycana, o cümlədən işğalçı Ermənistana münasibətin dəyişəcəyi gözlənilmir”.

ELÇİN
Yenicag.Az

 

www.yenicag.az

996
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv