Ruhaninin İrəvana səfərindən ermənilər də “narahatdır” – Niyə?

Ruhaninin İrəvana səfərindən ermənilər də “narahatdır” – Niyə?

Müəllif: Redaktor

Editor


sarkisyanErmənistanın bəzi analitikləri İran prezidenti Həsən Ruhaninin bu ölkəyə başlayan səfərini Tehran rejiminin özəl maraqları ilə əlaqələndirirlər.

Yeniçağ.Az xəbər verir ki, İran prezidenti Həsən Ruhaninin İrəvana bu gün başlayan səfərinə Azərbaycandan müxtəlif səviyyələrdə sərt etirazlar bildirilir. Azərbaycan cəmiyyətinin İran prezidentinin Ermənistana səfərinə belə kəskin münasibət ifadə edilməsi təbiidir.

Hər kəsə məlumdur ki, Ermənistan üçün “həyat nəfəsliyi” funksiyasını üzərinə götürmüş İran işğalçı ölkənin mövcudluğunu təmin edən əsas dövlətdir. İranın Ermənistanı belə ciddi-cəhdlə öz himayəsində saxlamasının səbəbi Tehran rejiminin Azərbaycanın müstəqilliyini hələ də həzm edə bilməməsi, Qarabağın erməni işğalından azad edilməsindən sonra Güney Azərbaycan məsələsinin gündəmə çıxacağından ehtiyatlanmasıdır. Eyni zamanda, Tehranda başa düşürlər ki, ərazi bütövlüyünü bərpa edən Azərbaycanın regional proseslərə təsir imkanı artacaq və Türkiyə ilə sinxron fəaliyyət sayəsində İranın nüfuz dairəsini maksimum məhdudlaşdıracaq. Ona görə də İran sözdə daim istinad etdiyi İslam həmrəyliyi şüarının əksinə gedərək, Ermənistanın ayaqda qalması üçün əlindən gələni edir. O baxımdan, H.Ruhaninin İrəvana səfərinin Ermənistan üçün əhəmiyyəti haqqında geniş danışmağa ehtiyac qalmır. Bununla belə, maraqlıdır ki, Ermənistanda heç də bütün dairələr İran prezidentinin gözlənilən səfərindən məmnun deyil. Nə qədər təəccüblü olsa da işğalçı ölkənin mediasında H. Ruhaninin səfərinə dair yer alan materiallar arasında neqativ yanaşmalara da rast gəlinir.

Məsələn, Ermənistanın “Məlumatlı vətəndaşlar ittifaqı”nın təmsilçisi Anna Pambuxçyan dərc etdirdiyi məqaləsində H.Ruhaninin İrəvana səfərinin Ermənistandan çox, İranın öz işinə yaradığını bildirib. Onun fikrincə, H. Ruhaninin İrəvana gəlişi Tehran rejiminin bölgədəki üstünlüyünün qəbul etdirilməsi məqsədi daşıyır. A.Pambuxçyan bədbin ruhda yazdığı məqaləsində Ruhaninin İrəvana səfərinin İran-Ermənistan dostluğunun deyil, İran-İsrail düşmənçiliyinin nümayişi olduğunu yazıb. Müəllif Ermənistanın regionun əsas dövlətləri arasında gedən rəqabətdə “sıxılıb-əziləcəyini” narahatlıqla diqqətə çatdırıb. Lakin bu kimi yanaşmalar ermənilərin onlara dayaq duran İrana mütləq münasibəti kimi qəbul edilə bilməz. Ermənilər bütün hallarda başa düşürlər ki, bu gün öz mövcudluqları üçün ən azı Rusiya qədər İrana da borcludurlar. Ona görə də erməni cəmiyyətinin bir hissəsinin artıq İrəvanda olan H.Ruhaninin səfərinə belə “ehtiyatlı” yanaşması klassik “erməni fəndi” sayılır. Məqsəd İranla rəqib ölkələr qarşısında bəraət üçün əlyeri qoymaqdır.

Araz Zeynalov

Yeniçağ.Az

Siyasət, Banner, Seçmələr

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti