Rumıniya referenduma hazırlaşır

Müəllif: resul

Editor

Bu gün Rumıniya parlamenti ölkə Prezidenti Klaus İohannisin korrupsiyaya qarşı mübarizə və dövlət xidmətində bütövlüyün təmin olunması üzrə ümumxalq referendumunun keçirilməsi təşəbbüsünü təsdiq edib.

“Report”un Şərqi Avropa bürosunun məlumatına görə, parlamentin Senat və Deputatlar Palatasının plenar iclasında bir sıra əlavələr olmaqla bu barədə qərar yekdilliklə qəbul olunub.

Xatırladaq ki, Rumıniya hökumətinin bu il yanvarın 31-də axşam təcili sürətdə qəbul etdiyi məlum 13/2017 saylı qərarı – Amnistiya aktı və Cinayət qanunvericiliyinə dəyişikliklər ölkədə kütləvi etirazlara səbəb olub. Etirazçıların fikrincə, bu dəyişikliklər nəticəsində rüşvət və korrupsiya maddələri ilə tutulan siyasətçilər azadlığa çıxacaqlar. Ölkə Prezidenti K.İohannis son hadisələr zamanı korrupsiyaya qarşı mübarizədə xalqın dəstəyini öyrənmək məqsədilə referendum təşkil ediləcəyini vurğulayıb və bu məqsədlə ölkə parlamentinə yanvarın 24-də məktubla müraciət edib.

Parlament isə 20 gün ərzində prezidentin müraciətinə cavab verməli idi. Qəbul olunan qərar məsləhət (konsultativ) xarakteri daşıyır.

Yeniçağ.Az


Загрузка...
Loading...

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Müzakirə

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir