!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rumıniya Rusiya ilə hərbi əməkdaşlıqdan imtina etdi

!Reklam – Yazi
© CE/EC Flag of Romania 6/12/2003
© CE/EC
Flag of Romania
6/12/2003

Rumıniya hökuməti Rusiya ilə silah və hərbi texnika istehsalı barədə lisenziya müqaviləsini imzalamaqdan imtina edib. Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, rumınlar SSRİ ilə imzalanan lisenziya müqavilələrini əsas tutaraq Rusiya ilə yeni razılaşma əldə etmək istəmir.

2014-2015-ci illərdə rəsmi Buxarest Azərbaycan da daxil olmaqla Mozambik, Burkino-Faso, Moldova, Ukrayna, Mərakeş və Qazaxıstana lisenziyasız 70 milyon avroluq silah satıb.

Rusiya mətbuatının məlumatına görə, Azərbaycan 2014-cü ildə Rumıniyadan 1,5 milyon avro dəyərində aviasiya üçün ehtiyat hissələri, kimyəvi hücumdan müdafiə vasitələri və atıcı silahlar alıb. Rumınların dünya bazarına çıxadığı silahların demək olar ki, hamısı sovet hərbi mühəndislərinin hazırladıqları və lisenziyası hazırda Rusiyaya məxsus olan silahlardır. Lakin ölkənin hərbi ticarət göstəricilərinin aşağı olması səbəbindən rəsmi Moskva Buxarestin hərəkətlərinə göz yumur.

Ekspertlərin fikrincə, Dnestryanı problem, Moldovaya nüfuz uğrunda savaş və Avropada hava hücumundan müdafiə sistemlərinin quraşdırılmasındakı mövqeyinə görə Rusiya-Rumıniya münasibətləri yaxşılaşmadan çox uzaqdır.

www.yenicag.az

512
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv