Rumıniyada etirazçılar görüşə gələn prezidentlə dialoqdan imtina ediblər

Müəllif: resul

Editor

Rumıniya prezidenti Klaus İohannis artıq 4-cü gündür ki, onun istefasını tələb edən etirazçılarla görüşüb.

Yeniçağ.Az-un “Report”a istinadən verdiyi məlumatına görə, dövlət başçısı paytaxt Buxarestdəki prezident iqamətgahı – Kotroçen Sarayı önünə toplaşan 400-ə yaxın etirazçının qarşısına çıxıb.

Lakin aksiya iştirakçıları prezidentlə dialoqdan imtina ediblər. Prezident etirazçılarla söhbət etməyə çalışsa da, nümayişçilər onu istefa şüarları ilə qarşılayıblar. Bir neçə dəqiqədən sonra prezident iqamətgaha geri dönüb. Daha sonra K. İohannis öz “Facebook” səhifəsində məsələyə münasibət bildirib:

“Mən Rumıniya dövlətinin başçısı olaraq bütün rumın xalqını onların imkanlarından asılı olmayaraq dinləməliyəm. Əlbəttə, bu təbiidir ki, fikir ayrılığı və baxış bucağı fərqli ola bilər. Amma hər bir vətəndaşın hüququdur ki, dinc və sivil qaydada öz fikrini bildirsin”.

Qeyd edək ki, ötən gün etirazçılar prezidentdən yanvarın 22-də Universitet meydanından hökumət əleyhinə keçirilən marşda mitinqçilərlə görüşdüyü kimi onlarla da görüşməsini tələb etmişdirlər.

Yeniçağ.Az



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır