Ads by Google

hightechnic
Ads by Google

rus dili nazirlikArtıq bir neçə gündür ki, sosial şəbəkələr və yerli mətbuatda Azərbaycanın ümumtəhsil nməktəblərində rus dili bölməsinin ləğv ediləcəyi ilə bağlı məlumatlar yayılır. Qeyd olunur ki, son illər valideynlər arasında övladlarının rus bölməsində təhsilinə çalışanlar çoxdur.

Hətta rayonlardan Bakıya işləmək üçün gəlib, burada qalanlar uşaqların rus dili bölmələrində təhsil almağını istəyirlər. Bunu statistik rəqəmlərdə də müşahdiə etmək mümkündür.

2016-2017-ci tədris ili üzrə Bakı şəhərində I sinfə şagird qəbulu müsabiqə əsasında aparılan lisey, gimnaziya və digər ümumi təhsil müəssisələrinə, yəni Bakıda birbaşa Nazirliyə tabe olan 15 məktəbdə ümumilikdə, 2 350 şagird I sinfə qəbul edilib. Onlardan 1 144 nəfər Azərbaycan bölməsinə, 1 206 nəfər isə rus bölməsinə qəbul olunub. Göründüyü kimi, rus bölməsinin payı 51,5%-dir və paytaxt elitasının övladlarının təhsil aldığı məktəblərdə artıq Azərbaycan bölməsi tarixə qovuşmağa doğru gedir.

Təhsil Nazirliyi rus bölmələrinin ləğv edilməsi haqda yayılan xəbərləri yalanlayıb.

Nazirlikdən AzVision.az-ın sorğusuna cavab olaraq bildirilib ki, bu məlumatlar yalandır və həqiqətə uyğun deyil.

Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli isə bildirib ki, Azərbaycanda rus dilində təhsilə həm ümumtəhsil məktəbləri, həm ali təhsil müəssisələrində normal şərait yaradılıb.

“Bu, mənim üçün yeni məlumatdır və Təhsil Nazirliyi ilə dəqiqləşdirmək lazımdır”.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 107
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Ads by Google

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."