www.sinerjipro.net

SinerjiProWide
Reklam

img2098310“Rus dili ölkəmizdə imperiyanın qalıqlarından biridir və biz bu qalıqdan tez bir müddətdə xilas olmalıyıq. Biz azərbaycanlılar üzun illər ikidillilik şəraitində yaşamışıq və rus dilinə üstünlük vermişik, bir çox hallarda rus dili ana dilimizi üstələyib”.

Bu fikirləri Ölkə.Az saytına açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutunda elmi işçisi Cahid İsmayıloğlu deyib.

O, cəmiyyətimizdə indi hansı dil daha səviyyəlidir və daha üstün təhsil verir mövzusunda müzakirələrin getdiyini, hətta bu haqda ciddi fikir ayrılığının mövcud olduğunu vurğulayaraq əlavə edib:

“Hazırda Azərbaycanda rus dilin inkişafı üçün böyük baza var və üstəlik təhsildə rus bölməsinin olması Azərbaycan dilinin və konkret olaraq uşaq ədəbiyyatının inkişafını ləngidir. Buna görə ölkəmizdə birmənalı şəkildə ana dilində təhsil məcburi və alternativsiz olmalı, rus bölməsi ləğv olunmalı, rus dili xarici dil kimi tədris edilməldir. Əks halda dilin inkişafı üçün stimul, tələbat olmayacaq, dilin inkişafı ləngiyəcək. Adi bir misal deyim: bugün valideynlərin çoxu övladlarını rus bölməsində oxutmağa Azərbaycan dilində vəsait və əbəbiyyatın çatışmazlığını əsas gətirərək haqq qazandırırlar. Doğrudur bu çatışmazlıq var. Nə vaxta kimi ki, anternativ dildə təhsil olacaq bu sahələrin inkişafı üçün tələbat və stimul meydana çıxmayacaq”.

C.İsmayıloğlu qeyd edib ki, ümumiyyətlə bugün Respublikamızda dil situasiyasını və buna uyğun dil siyasətini düzgün qurmaq üçün gələcəyə yönəlikli bir konsepsiya işləyib hazırlamağa böyük ehtiyac duyulur və bu konsepsiyada ilk olaraq Azərbaycan xalqının strateji maraqlarını qorunmalı, ana dilinin inkişafına əngəl olan bu kimi məsələlər həllini tapmalıdır.

***

15:33

“Rus dili ölkəmizdə imperiyanın qalıqlarından biridir və biz bu qalıqdan tez bir müddətdə xilas olmalıyıq. Biz azərbaycanlılar üzun illər ikidillilik şəraitində yaşamışıq və rus dilinə üstünlük vermişik, bir çox hallarda rus dili ana dilimizi üstələyib”.

Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutunda elmi işçisi Cahid İsmayıloğlunun bu sözlərinə Azərbaycan-Slavyan Gəncləri Assosiasiyasının (ASGA) rəhbəri Səbuhi Abbasov Ölkə.Az saytında sərt münasibət bildirib.

S.Abbasov rus dilində təhsilin ləğvi təklifinin cəmiyyətdə birmənalı qarşılanmadığını vurğulayaraq əlavə edib:

“Azərbaycan demokratik ölkədir, bu mənada ölkədə fəaliyyət göstərən dövlət təhsil müəssisələrindən əlavə özəl təhsil müəssisələri də var. Onlara təhsilin hansı dil formalarının tətbiqi ilə bağlı məhdudiyyət qoyula bilməz. Azərbaycanda dil siyasəti ilə bağlı qanunvericilik var. Orada dilimizin qorunması, ondan düzgün istifadə qaydaları tam olaraq qeyd olunub. Hər birimiz öz dilimizi sevməli və qorumalıyıq. Lakin gəlin bir məsələ də şərq təfəkkürü ilə yanaşmayaq. Avropa və Qərb qalaktikada yeni planet axtarışındadırlar, insana tipoloji bənzəyən robot icad edirlər, demək olar ki, hər gün bir texnoloji yeniliyə imza atırlar. Biz də bu qlobal inteqrasiya axarına düşməkdənsə pafoslu çağırışlar içində boğuluruq. Bugün dünyada o ölkə güc sahibidir ki, onun sağlam və savadlı gəncliyi olsun, bir yox, ən azı 5 dildə danışan mütəxəssisləri olsun. Rus dili dünyada ən azı ingilis dili qədər zəruri dildir. Siyasətdə, iqtisadiyyatda, mədəniyyətdə, turizmdə rusdilli mütəxəssislər yetişməsinə çox böyük ehtiyac var. Rus dilindən imtina etmək dünya əhalisinə Azərbaycan dilini öyrənməyə məcbur etmək məntiqinə bərabərdir, yəni bu, məntiqsizlikdir. Razıyam ki, gənclərdə vətənpərvərlik hissi əsas olmalıdır. Hətta deyərdim ki, bütün fəaliyyətlərini bunun üzərində qurmalıdırlar. Ancaq dünyada intellektual xalq kimi təmsil olunmağını istəyirsənsə bir yox bir neçə dildə danışmağı bacarmalısan. Öz dövlətini dünyaya təsirli təqdimatını etmək istəyirsənsə bunu o ölkənin öz dilində etsən daha böyük nəticələr əldə edəcəksən.

Burda başqa bir strateji məqam da var. Azərbaycan tolerant, multikultral dəyərləri özündə birləşdirən bir ölkədir. Sizcə ölkə ərazisində yaşayan on minlərlə rusdilli Azərbaycan vətəndaşı üçün bu bir təzyiq kimi qiymətləndiriməyəcəkmi? Digər bir tərəfdən Rusiya bizim Şimal qonşumuzdur. Bizim həm siyasi, həm iqtisadi, həm də geniş mədəni əlaqələrimiz var. Sizcə bu cəfəng ideya reallaşsa bu münasibətlər gərginləşməyəcəkmi?”

Qeyd edək ki, Cahid İsmayıloğlunun rus dilində təhsilin ləğv edilməsi ilə bağlı təklifi sosial şəbəkələrdə də geniş müzakirəyə səbəb olub.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 102
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."