Rus diplomatlarının hərəkəti və fəaliyyəti məhdudlaşdırıldı – ABŞ-da yeni qanun layihəsi

Müəllif: Redaktor

Editor

15311431_249467132137143_1948595969_oABŞ və Rusiya arasındakı geosiyasi gərginlik artmaqdadır.

Yeniçağ.Az xəbər verir ki, ABŞ Konqresinin nümayəndələr palatası Rusiya diplomatlarının ölkə ərazisindəki hərəkətini məhdudlaşdıracaq qanun layihəsini qəbul edib.

Layihənin səsverməsi zamanı 371 konqressmen lehinə, 35 konqressmen isə əleyhinə səs verib.

“Rusiyanın ABŞ-da akkreditə olunmuş diplomatik və konsulluq personalına missiyanın yerləşdiyi binadan 25 mildən (40 km) uzağa getmək qadağan edilir”, – qanun layihəsində belə deyilir.

Yeniçağ.Az


Загрузка...
Loading...

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır