!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Rus futbolçu Azərbaycandan gələn təklifi rədd edib? – RƏSMİ AÇILAMA

!Reklam – Yazi

15644807_1182245185196892_2080040788_nBolqarıstanın “Slaviya” klubunun futbolçusu Serder Serderoviç Azərbaycan millisində oynamaq üçün AFFA-dan təklif aldığını açıqlayıb. Rusiyalı futbolçu championat.com saytına danışarkən bildirib ki, AFFA-dan ona bir neçə dəfə təklif gəlib:

“Şeydayev və Mahmudov söhbətindən həm əvvəl, həm də sonra mənə Azərbaycan Futbol Federasiyasından bir neçə dəfə zəng etdilər. Onlar Azərbaycan pasportu alıb, bu ölkənin vətəndaşlığını qəbul etməyimi və Azərbaycan milli komandasında çıxış etməyimi istəyirdi. Ancaq mən bu təklifi nəzakətlə rədd etdim. Çünki mən rusam, Moskvada yaşayıram və bu, mənim üçün prinsipial məsələdir”.

Məsələ ilə bağlı AFFA ilə əlaqə saxladıq. Qurumun mətbuat xidmətindən Yeniçağ.az-a bildirdilər ki, bu xəbər doğru deyil:

“AFFA-dan Serder Serderoviçə heç bir milli komanda üçün təklif göndərilməyib. Tamamı ilə yanlış məlumatdır”.

Qeyd edək ki, 22 yaşlı hücumçu Rusiyanın Mahaçqala şəhərində doğulub. O, Rusiyanın aşağı yaş qrupları üzrə bütün milli komandalarında çıxış edib.

Aygün İlqarqızı

Yenicag.az

www.yenicag.az

504
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv