!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rus hərbi gəmiləri Bakıya gəldi – FOTO

!Reklam – Yazi

105834_res_01Rusiya Xəzər Dəniz Donanmasının “Mahaçqala” və “Volqodonsk” kiçik artilleriya gəmilərinin, həmçinin “Anatoliy Qujvin” kiçik hidroqrafiya gəmisinin bu gün Bakıya rəsmi səfəri başlayıb.

Müdafiə Nazirliyindən verilən məlumata görə, Rusiya hərbi gəmilərini Azərbaycan Respublikası Hərbi Dəniz Qüvvələrinin və Rusiya Federasiyasının ölkəmizdəki səfirliyinin nümayəndələri qarşılayıblar.

Nümayəndə heyəti Azərbaycan Respublikası Hərbi Dəniz Qüvvələri Komandanlığı, Səbail rayon icra hakimiyyəti və Bakı Dəniz Limanının rəhbərliyi ilə görüşlər keçiriblər. Bundan başqa, qonaqlar Azərbaycan Ali Hərbi Dənizçilik Məktəbində tədris prosesi ilə də tanış olacaqlar.

Gəmilərin şəxsi heyətinin mədəni və tarixi abidələrlə tanışlıq məqsədilə Bakıda gəzintisi, həmçinin futbol üzrə yoldaşlıq görüşünün keçirilməsi planlaşdırılır.

Səfər avqustun 16-dək davam edəcək.

105834_res_01 105836_src 105837_src 105838_src

www.yenicag.az

468
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv