www.sinerjipro.net

SinerjiProWide
Reklam

“Azərbaycanın Rus icması Rusiyanın müəyyən dövlət strukturlarının Rusiyanın böyük ictimai təşkilatı olan Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) ləğvinə dair qərarı ilə əlaqədar qəti etirazını bildirir və hesab edir ki, bu siyasi təxribatın arxasında Rusiya və Azərbaycan, rus və Azərbaycan xalqları arasındakı dostluq, tərəfdaşlıq əlaqələrinə nifaq salmaq istəyən müəyyən qüvvələr dayanır. Ümumrusiya Azərbaycan Konqresi həmişə Rusiya Federasiyası qanunları çərçivəsində fəaliyyət göstərib.

İctimai-siyasi sabitlik, Rusiyanın siyasi quruluşuna loyallıq həmişə ÜAK-ın fəaliyyətinin dəyişməz prioriteti olub”.

Azərbaycanın Rus İcmasının Respublika Şurasından virtualaz.org-a verilən məlumata görə, bu barədə Azərbaycanın Rus icmasının bəyanatında deyilir.

Bəyanatda qeyd olunur ki, Azərbaycanın Rus icmasını güclü işgüzar əlaqələri olan, rus və Azərbaycan xalqları arasında mədəni və mənəvi bağların inkişafı üzrə birgə fəaliyyət göstərən ÜAK-ın ləğvi Azərbaycan Respublikasının rus əhalisini də narahat etməyə bilməz: “Azərbaycanın Rus İcması” ictimai təşkilatı öz fəaliyyətində Azərbaycanın ali rəhbərliyinin, hökumət və dövlət orqanlarının yüksək diqqətini və dəstəyini hiss edir. Azərbaycanda rus dili və rus mədəniyyətinin qorunması və inkişafına hərtərəfli dəstək verilir, tədris rus dilində olan 350 məktəb fəaliyyət göstərir, 16 min tələbənin təhsil aldığı ali təhsil ocaqlarında tədris rus dilində aparılan fakültələr mövcuddur, rus pravoslav kilsəsinə dövlət dəstəyi göstərilir. Azərbaycan tərəfindən “Azərbaycanın Rus İcması” ictimai təşkilatının fəaliyyətinə verilən fəal dəstək fonunda Rusiya dövlət strukturlarının nüfuzlu və çoxsaylı Azərbaycan diasporuna və onun ən böyük təşkilatı olan Ümumrusiya Azərbaycan Konqresinə hörmətsiz, xoşməramlı olmayan münasibəti təəccüblü görünür.

Azərbaycanın rus icması ÜAK-ın ləğvini Rusiyanın bəzi dövlət məmurlarının ciddi siyasi və strateji səhvi hesab edir və ümid edir ki, Rusiya Federasiyası hökuməti Rusiyanın böyük ictimai təşkilatı olan Ümumrusiya Azərbaycan Konqresinin qorunub-saxlanılması üçün bütün tədbirlər görəcək”.

Yeniçağ.az

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 35
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."