!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rus lider: “Türkiyəyə qarşı sərt addımlar atılmamalıdır, təyyarəni…”

!Reklam – Yazi

bildeRusiya Kommunist Partiyasının sədri Gennadi Züqanov gərginləşən Türkiyə-Rusiya münasibətilə bağlı maraqlı açıqlama verib. Yenicag.az xəbər verir ki, komunist lider təyyarənin vurulmasının arxasında Vaşinqtonun olduğunu iddia edib.

Züqanovun iddiasına görə, ABŞ hərbi problemlər çıxararaq, 18 trilyon dollarlıq borcunu silməyə çalışır: “Mənim fikrimcə, bu hadisənin arxasında ABŞ var. Amerika həmişə bənzər provokasiyalardan istifadə edib”.

Kommunist liderin sözlərinə görə, Rusiya rəsmi Ankaraya qarşı sərt və tələsik addımlar atmaqdan çəkinməlidir: “Unutmayaq ki, Türkiyə SSRİ-ni ilk tanıyan dövlətdir. İkinci Dünya Savaşı dönəmində də Ankara Hitlerlə ittifaq qurmadı. Türkiyə ilə iqtisadi əlaqələr çox önəmlidir”.

Yenicag.az

www.yenicag.az

571
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv