Rus milyarderin arvadı Şuşada moda nümayişi keçirdi

Müəllif: Redaktor

Editor

107824_res_01Qalmaqallı rusiyalı milyarder, iş adamı German Sterliqovun həyat yoldaşı Alyona Sterliqovanın geyim kolleksiyasının təqdimatı olub.

Yenicag.az virtualaz.org-a istinadən xəbər verir ki, bu haqda “Rus xəbərlər xidmətinə” Alyona Sterliqova özü məlumat verib. O deyib ki, moda nümayişi avqustun 29-da Şuşada, Cıdır düzündə keçirilib.

“Təqdimatda Dağlıq Qarabağ sakinləri ilə yanaşı turistlər də iştirak edib. Təqdim etdiyim geyimlər isə yalnız ipək və pambıq kimi təbii parçalardan hazırlanıb. Nümayişdən sonra bir neçə sifariş də almışıq” – A.Sterliqova bildirib.

Yada salaq ki, bu ilin iyul ayında rusiyalı iş adamı German Sterliqov Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş Dağlıq Qarabağ bölgəsinə səfər edib. Azərbaycan XİN onu “persona-non-qrata” elan edib. Daha sonra isə dövlət sərhədlərini qanunsuz olaraq pozmaq və qondarma “Dağlıq Qarabağ”a dəstək verməkdə müqəssir bilərək barəsində cinayət işi qaldırılıb. Sterliqov iyulun 28-də Sterliqov beynəlxalq axtarışa verilib.

Rusiyada isə G.Sterliqova qarşı böhtan atmaq üzrə cinayət işi qaldırılıb. Səbəb İsrail vətəndaşı Milana Qorenşteynin şikayət ərizəsidir.


Loading...

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Müzakirə

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir