yenicag.az
yenicag.az

Rus OMON-u azərbaycanlı gənclərə verdiyi “zabit sözü”nü yedi – Erməni təxribatı

Rus OMON-u azərbaycanlı gənclərə verdiyi “zabit sözü”nü yedi – Erməni təxribatı

Müəllif: Redaktor

Editor

13162304_575678319267455_1804394763_nMoskvada artıq ənənə halını almış “Ölümsüz alay” yürüşü Böyük vətən müharibəsində qələbə bayramını el şənliyinə çevirməkdədir.

“Ölümsüz alay” yürüşünün əsas məqsədi keçmiş sovet xalqlarını birləşdirmək, bu bayramı bir yerdə keçirmək olmasına baxmayaraq Qirmizi meydanda qalmaqal yaşandı. Həmişə olduğu kimi yenədə ermənilər təxribatçı rolunda çıxış etdilər. Meydanda qondarma “dağlıq qarabağ respublikası”nın bayrağını dalğalandırmaq qərarına gəldilər. Əlbəttə ki, azərbaycanlılar bu hadisəyə biganə qala bilməzdilər və qalmadılar da. Rusiya Azərbaycan gənclər birliyi (AMOR), Ümumrusiya Azərbaycan Konqresi, Azərbaycan mədəniyyətinin intibah və inkişaf fondu və Azərbaycan slavyan gəncləri assosiyasiyasının (ASGA) nümayəndələri məsələyə dərhal müdaxilə etdilər. Rusiya hüquq mühavizə orqanları azərbaycanlıların kəskin etirazını görərək Rusiya Azərbaycan gənclər birliyi təkidi ilə qondarma respublikanın bayrağını kənarlaşdırırdılar.

Qalmaqalın böyüdüyünü görən hüquq mühafizə orqanlarının əməkdaşları hadisə yerinə yüksək rütbəli zabitləri çağırdılar. Zabitlər gələrək hadisəni araşdırıb, təxribatın qarşısını almaq məqsədi qondarma dağlıq qarabağ bayrağının “Ölümsüz alay”da dalğalanmayaçağını qərar verdilər. Beləliklə, həm azərbaycanlılar, həm də yeganə Azərbaycan mətbuatı olaraq hadisə yerində iştirak edən kanalımız qarşısında “Zabit sözü” verərək “bu bayraq bu meydanda dalğalanmayacaq” deyən hüquq mühafizə orqanının yüksək rütbəli zabiti azərbaycanlıları əmin edərək yollarına davam etmələrini xaiş etdi. Xalq yürüşündə iştirak edən azərbaycanlılar hadisə yerindən ayrılaraq “Ölümsüz alay”a qoşuldu. Maraqlı məqam isə bundan sonra başladı.

Ermənilər ilk öncə hüquq mühafizə orqanları tərəfindən mühasirəyə alındı. Bir müddətdən sonara azərbaycanlıların getdiyini düşünən, “Zabit sözü” verən zabit Rusiya amonunun əhatəsində ermənilər Qondarma dağlıq qarabağ bayrağı ilə “Ölümsüz alay”da iştirakına icazə verdi. Bütün millətlərin nümayəndələrinin qırmızı meydanda sərbəst şəkildə iştirak edərək, bayramlaşdığı halda ermənilər Rusiya AMON-unun əhatəsində ictimaiyyətdən təcrid olunmuş şəkildə el bayramının iştirakçısı oldular. /İnteraz

3-cü-sektor

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti