!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rus qızın ölümü Türk Respublikasını qarışdırdı – FOTO

!Reklam – Yazi

389632Şimali Kipr Türk Respublikası 10 yerindən bıçaqlanaraq öldürülən və çılpaq halda zibil torbasında meşəyə atılan qadının qətlinə sarsılıb.

Yenicag.az anspress-ə istinadən xəbər verir ki, qətlə yetirilən qadının 32 yaşlı Rusiya vətəndaşı Olesya Kupriyanova olduğu müəyyən edilib.

Qadının cəsədini Girnə şəhəri yaxınlığında Esentepe bölgəsinə odun kəsmək məqsədiylə gedən iki nəfər təsadüfən tapıb. Polis cəsədin uzun müddətdir KKTC də yaşayan Rusiya vətəndaşı Olesya Kupriyanovaya aid olduğunu təsdiq edib.

Meyidin tapıldığı yer

32 yaşlı qadının dörd gün əvvəl Karpaz şəhərində Küçükerenköydəki evində öldürüldüyü və çılpaq halda çarşafa sarılaraq zibil torbasının içində atıldığını təxmin edilir. Gənc qadının evində edilən ilk araşdırmada yataq otağında qan izləri tapılıb.

Olesya Kupriyanova

Polis Olesya Kupriyanovanın öldürülməsində cinayətin törədildiyi günlərdə ŞKTC xaricinə çıxan yoldaşından şübhələnir. Şəxsiyyəti açıqlanmayan adamın dekabrın 7-də xaricə getdiyi qeyd olunur. Gənc qadının cəsədi yarılmaq üçün Nikosiya Burhan Nalbantoğlu dövlət xəstəxanasının ekspertizasına aparılıb. Faktla bağlı araşdırma aparılır.

 

 

Hadisənin baş verdiyi ərazi xəritədə

www.yenicag.az

679
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv