%d0%b1%d0%b5%d0%b7-%d0%bd%d0%b0%d0%b7%d0%b2%d0%b0%d0%bd%d0%b8%d1%8f-1“Körpə balası var deyə, cinayəti öz üstümə götürdüm”

ARB TV-nin “Rezonans” verilişində bu dəfə 35 ildən artıqdır ki, həbs həyatı yaşayan Vaqif Sadıqov həyat hekayəsini danışıb.

O, ilk dəfə həbsə düşməsini belə xatırlayır:
“Yeniyetmə vaxtlarım idi. Rus qızları üçün diskotekaya girmək istəyirdik. Amma bizi buraxmadılar. Baltanı əlimə alıb birini baltaladım. Rus qızları üzündən dava düşdü”.

Azadlığa çıxan Vaqif 48 gündən sonra yenidən həbsə qayıdıb:
“Qonşuluqda toy var idi. Toy təzəcə başlamışdı. Bəyin stolunu götürdülər. Bəy ayaqüstə qaldı. Onun adamları gəlib mənim yanımdakından yapışdılar. O dərəcəyə gəlib çıxdı ki, məni də vurdular. Mən də vurdum bıçaqla. Bu cavabdan sonra toyxananın yarısı mənim üzərimə düşdü”.

Daha sonra Vaqif Sadıqov avtobusda konduktoru bıçaqlayaraq yenidən həbsə düşür:
“Avtobus sürücüsünün köməkçisi mənə dedi ki, arxa qapıdan min. Qabaqdan qadınlar minir. Söz-söhbət düşdü və mən vurmasam o, məni vuracaqdı”.

Vaqif dostu üçün həbsə düşməyi də gözə alıb:
“Bir zamanlar yaxın dostum var idi. Bir gün onunla yeyib-içdik. O, 2 müştəri götürdü. Aralarında anlaşılmazlıq oldu, birini bıçaqladı. Amma mənim bıçağımla. Çünki başım qarışıq olan vaxt mənim bıçağımı cibimdən götürübmüş. Daha sonra onun yerinə cinayəti öz üstümə götürdüm. Çünki onun körpə balası var idi”.

Bundan əlavə, o, anasından oğurluq edən qohumunu da bağışlamayıb:
“Dayımoğlu anamın briliant üzüklərini, sepini oğurlamışdı. Uzun illər xaricdə gizləndi. Qarşıma çıxanda hamısını aldım. Sonra üstümə bıçaq çəkdi və bağışlamadım onu”.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 10
Kateqoriyalar:
Etiketlər:
Mənbə:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    WideSkyscrapper 160×600

    WideSkyscrapper 160×600

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."