!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rus siyasətçinin qızından Tarkanla bağlı etiraf – Fotolar

!Reklam – Yazi

iiuo8oYenicag.az xəbər verir ki, tətilini Antalyanın Kemer bölgəsində keçirən Kremlin Mətbuat katibi Dmitriy Peskovun qızı Liza Peskov Türkiyə-Rusiya əlaqələrinin düzəlməsinin əhəmiyyətli olduğunu deyib.

“Türkiyə və Rusiya anam və atam kimidir. İki ölkə arasındakı bir müddət əvvəl yaranan soyuq münasibət, bir ailə arasında, iki yoldaş arasında çıxan incikliyə bənzəyir. Ən sonunda “sülh gəldi” deyə bilərik ” deyə, bildirib.

Atasının da Türkiyəni çox sevdiyini və buranı evi kimi gördüyünü vurğulayan Liza, dünyada tətil üçün ən gözəl yerin Türkiyə olduğunu qeyd edib.

Sosial şəbəkədə türk və ruslardan müsbət şərhlər aldığını deyən Liza, “İki ölkə və iki xalq arasında bir daha bu kimi problemlər çıxmasın. Türkiyəni çox sevirəm. Burada çox gözəl dəniz, tarix, mədəniyyət və təbiət var. Çox sevdiyim türk dostlarım var “. Barış mesajı verən Peskov, “Türkiyədə və dünyada sülh istəyirəm.” deyib

Türkçə öyrənməyə başladığını dilə gətirən Peskov, Tarkanı çox sevdiyini və Tarkanın bir klipində oynamağı xəyal etdiyini də əlavə edib.

www.yenicag.az

545
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv