!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Rus uçağının vurulması həm də bir namus məsələsidir”

!Reklam – Yazi

56884Hava sərhədlərini pozduğuna görə Türkiyənin hərbi qırıcısı tərəfindən məhv edilən Rusiya hərbi təyyarəsilə bağlı müzakirələr Azərbaycan cəmiyyətinin də əsas gündəminə çevrilib. Hər iki dövlətlə qarşılıqlı münasibətlərin prizmasından yanaşdıqda bu, təbii və anlaşılandır. Türkiyə Azərbaycan üçün qardaş və strateji müttəfiq, Rusiya isə böyük qonşu və bölgəyə güclü təsir imkanları olan dövlətdir.

Azərbaycan cəmiyyətində ictimai rəyin əsas üstünlüyü Türkiyənin müdafiəsindən yana olsa da, bu məsələdə qardaş ölkəni ehtiyatsız davranmaqda qınayanlar da yox deyil. Hətta, bir sıra şəxslər bir az da vahimələnərək Türkiyənin dərhal Rusiyadan üzr istəməli olduğunu da iddia etməkdən çəkinmirlər.

Mövzu ilə bağlı Moderator.az -ın əməkdaşına açıqlama verən tanınmış media eksperti, Mətbuat Şurası İH-nin üzvü, Güney Qafaqaz və Orta Asiya Söz Azadlığı Şəbəkəsinin (CASCFEN) səri Azər Həsrət Türkiyənin bu məsələdə tam haqlı olduğunu bildirib. Onun sözlərinə görə, xəbərdarlıqlara baxmayaraq Rus uçağının sərhədi dəfələrlə pozmaqda davam etməsi və bu üzdən vurulması həm də bir namus məsələsidir: “Türkiyə də bundan şərəflə çıxdı. Burada heç bir qaranlıq məsələ və məqam yoxdur.”

O ki, qaldı bəzi şəxslərin, konkret olaraq “525-ci qəzet”-in baş redaktoru Rəşad Məcidin və millət vəkili Aqil Abbasın Türkiyənin üzr istəməli olduğunu bəyan etmələrinə, buna münasibət bildirən A. Həsrət qeyd edib ki, onların bu olaya münasibəti anlaşılan deyil: “Rəşad Məcid və Aqil Abbasın məsələyə məlum münasibətinə gəlincə, açığı, onları sonadək anlamış deyiləm. Hər ikisini milli təəssübkeş kimi tanıyıram. Üstəlik, hər ikisi rusların köməyilə işğal edilmiş torpaqlardandırlar.

Yəni bu adamlar belə məsələlərdə daha diqqətli olmalıdırlar. Amma ola bilmədilər. Ümid edirəm ki, onlar mənim kimi adamların narahatlığına son qoyacaq açıqlama verə biləcəklər”.

www.yenicag.az

495
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv