Rusiya-Azərbaycan avtomobil yolu bağlanıb

Müəllif: Redaktor

Editor

img1727100-300x208Dağıstanın Dərbənd rayonunda baş verən terror aktı ilə əlaqədar Rusiya-Azərbaycan avtomobil yolu bağlanıb.

Bu barədə “Rossiya 24″ telekanalı məlumat yayıb. Hadisənin baş verdiyi Dövlət Yol Polisi İdarəsinin ətrafı mühasirəyə alınıb. Həmin yolda avtomobillərin hərəkətinə hələlik icazə verilmir.

Qeyd edək ki, bu gün səhər saatlarında Dərbənddəki Dövlət Yol Polisi postu yaxınlığında terror aktı törədilib. İlkin məlumatlara görə, hadisə YPX əməkdaşının şübhəli avtomobili yoxlayarkən baş verib. Hadisə nəticəsində 2 nəfər ölüb, 20 nəfər yaralanıb. Faktla bağlı Rusiya İstintaq Komitəsi tərəfindən cinayət işi açılıb, araşdırma aparılır.


Загрузка...
Loading...

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır