!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rusiya Baş qərargah rəisi amerikalı həmkarını Bakıda gözlədir

!Reklam – Yazi

Rusiya Silahlı Qüvvələrinin Baş qərargah rəisi, ordu generalı Valeri Gerasimovla ABŞ Silahlı Qüvvələrinin qərargah rəisləri komitəsinin sədri, general Cozef Danfordun Bakıda nəzərdə tutulan görüşü hələ başlamayıb.

General Gerasimov hələ Bakıya gəlməyib. Hərçənd onun amerikalı həmkarı səhər saatlarından Bakıdadır və prezident İlham Əliyevlə görüşüb.

Generalların görüşünün Bakıda hansı saata təyin olunduğu haqda məlumat yoxdur, ancaq rəsmi protokola bələd olan mənbələr deyirlər ki, görüşün ABŞ ordu komandanının Bakıya gəlişindən etibarən bu qədər gecikməsi normal görünmür. Böyük ehtimalla general Gerasimov öz liderinin-prezident Putinin taktikasına əl atıb və tərəfdaşını gözləməyə məcbur edir.(virtualaz)

Yeniçağ.az

www.yenicag.az

516
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv