!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Rusiya hava məkanını pozub” – NATO da Türkiyəni dəstəklədi

!Reklam – Yazi

asaa0NATO hesab edir ki, Suriyada vurulmuş Rusiyaya məxsus “Su-24” təyyarəsi Türkiyənin hava məkanını pozub.

Bu barədə alyansın baş katibi Yens Stoltenberq NATO Şurasının insidentlə bağlı məsləhətləşmələrin aparılması üçün Türkiyənin təşəbbüsü ilə çağırılmış növbədənkənar iclasının yekununda bildirib.

“NATO Türkiyə və digər müttəfiqlərdən məlumat alıb və bizim qiymətləndirməmizə görə, bu, Türkiyənin bizi məlumatlandırdığı ilə uyğundur”, – deyə o bildirib.

Stoltenberq, həmçinin qeyd edib ki, NATO Rusiya və Türkiyə arasında insidentlərin qarşısının alınması üçün hərbi mexanizmlərin inkişaf etdirilməsinin zəruri olduğunu bildirib.

Baş katibin sözlərinə görə, “Türkiyə təyyarənin vurulması ilə bağlı Rusiya ilə artıq əlaqə yaradıb. NATO Rusiya ilə heç bir əlaqə qurmayıb”(report).

www.yenicag.az

654
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv