Rusiya hərbi təyyarələrini Xəzər üzərinə qaldırdı

Müəllif: Redaktor

Editor

Rusiya Xəzərdə aviasiya və 20 gəminin iştirakı ilə müdafiə təlimi keçirib.

Bu barədə AzVision.az `TASS` agentliyinə istinadən xəbər verir ki, bu barədə cənub hərbi dairəsinin mətbuat xidməti xəbər yayıb.

Məlumata əsasən təlimlərdə “Tatarıstan” və “Dağıstan” raket gəmiləri, “Mahaçqala”, “Astraxan” və digər kiçik raket və artilleriya gəmiləri, həmçinin iki “Su-24”, “Su-25” təyyarələri iştirak edib.

Hərbi dəniz təlimləri zamanı şərti düşmən aviasiyasına zərbələr endirilib. Gəmilərin Hava Hücumundan Müdafiə sistemlərinin İdarə mərkəzindən siqnal əsasında şərti hədəfləri tapıblar.

Bundan əlavə, təlimlərin gedişatında hərbi qulluqçular idarəetmənin təşkili məsələlərinin yerinə yetirilməsini həyata keçiriblər.


Загрузка...
Loading...

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır