!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rusiya hərbi təyyarəsi Türkiyənin hava məkanını pozub

!Reklam – Yazi

33ac2834097e55bedc5c11fe8e4e2ecdAnkara fakta çox sərt etirazını bildirərək eyni hal təkrarlanarsa, Rusiya təyyarəsinin vurulacağını bəyan edib

Suriyada hərbi əməliyyat keçirən Rusiya Hərbi Hava Qüvvələrinə məxsus hərbi təyyarələrdən biri Türkiyə dövlətinin hava məkanını pozub.

Türkiyə Xarici İşlər Nazirliyi faktla bağlı sərt bəyanatla çıxış edib. Bəyanatda bildirilir:

“Rusiya Federasiyasına məxsus bir hərbi təyyarə oktyabrın 3-də saat 12.08-də Yayladağı (Hatay) bölgəsinin güneyində hava sahəmizi pozub. Bölgədə uçuş həyata keçirən iki ədəd “F-16” təyyarəmiz tərəfindən müdaxilə edilməsi nəticəsində rus təyyarəsi Türkiyə hava məkanını tərk edərək Suriyaya keçib. Hadisə ilə əlaqədar Rusiyanın Ankaradakı səfiri nazirliyimizə çağırılaraq pozuntu faktına güclü şəkildə etiraz bildirilib, bu cür hallara yol verməmək tələb edilib, əks təqdirdə, baş verə biləcək arzuedilməz bir hadisəyə görə Rusiya Federasiyasının məsuliyyət daşıyacağı onun nəzərinə çatdırılıb”.

Açıqlamada deyilir ki, Türkiyənin xarici işlər naziri Firudin Sinirlioğlu Rusiyanın xarici işlər naziri Sergey Lavrova telefon açaraq məsələ ilə bağlı eyni mövqeni təkrarlayıb və Ankaranın etirazını ifadə edib: “Hörmətli nazirimiz ABŞ, İngiltərə, Fransa, İtaliya xarici işlər nazirləri ilə məsələni müzakirə edib. NATO baş katibi və Almaniyanın xarici işlər naziri ilə də müzakirə aparılacaq”(APA).

www.yenicag.az

474
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv