Rusiya hücuma keçdi: “Bütün hədəflər məhv ediləcək”

Müəllif: Redaktor

Editor

704628

Rusiya Suriyadakı hava hücumundan müdafiə qabiliyyətini gücləndirmək üçün `S-300` analoqu olan HHM sistemi ilə təchiz olunmuş “Moskva” kreyserini Türkiyənin 60 kilometrliyində yerləşən Latakya sahillərinə göndərib.

Bu barədə Rusiya ordusunun Baş Qərargah İdarəsinin rəisi, general-leytenant Sergey Rudskoy bəyan edib.

O bildirib ki, Rusiya potensial təhdid hesab olunan bütün hədəfləri məhv edəcək: “Bundan sonra zərbə aviasiyasının bütün hərəkətləri qırıcı təyyarələrin mühafizəsi ilə həyata keçiriləcək”.

S.Rudskoy bəyan edib ki, Rusiya Türkiyə ilə hərbi əməkdaşlığın bütün sahələri ilə əlaqələri kəsib(Azvision)


Loading...

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Müzakirə

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir