Rusiya İdlibi bombaladı: 21 ölü, 18 yaralı

Müəllif: Redaktor

Editor

Rusiya hərbi aviasiyası Suriyanın şimal-şərqində müxalifətin nəzarətində olan İdlib rayon mərkəzinə hava zərbələri endirib.

Yeniçağ.Az Türkiyə mediasına istinadən xəbər verir ki, Rusiya hərbi təyyarələrinin İdlibi bombalaması nəticəsində 21 dinc sakin həlak olub, 18-i isə yaralanıb. Bu barədə məlumat verən İdlibin mülki müdafiə işləri üzrə məsul şəxslərdən biri olan Ömer Ulvan bombardman zamanı yaralanan şəxslərin xəstəxanaya yerləşdirildiklərini deyib. Onun sözlərinə görə, hava hücumu nəticəsində şəhərdəki bir sıra binalara ciddi ziyan dəyib.

Qeyd olunur ki, Bəşər Əsəd qüvvələrinin aviasiyası müxalifətin mövqelərini 1-2 təyyarə ilə bombaladığı halda, Rusiya hava hücumlarına daha çox təyyarə cəlb edir. Ötən il dekabrın 30-da Türkiyə ilə Rusiyanın vasitəçiliyi sayəsində qüvvəyə minən atəşkəs rejimi ara-sıra pozulmaqdadır. Yanvarın 23-24-də Astanada keçirilmiş toplantıda Türkiyə, Rusiya və İran tərəfindən Suriyada atəşkəs rejiminin davamlı olması üçün uyğun mexanizm yaradılması barədə razılıq əldə olunub.

Yeniçağ.Az


Загрузка...
Loading...

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Müzakirə

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir