!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rusiya mafiyasının yeni “Xaç atası” kim olacaq?

!Reklam – Yazi

Kriminal avtoritet Nadir Səlifovun (Lotu Quli) azadlığa çıxmasından sonra hər kəs 45 yaşlı “qanuni oğru”nun atacağı ilk addımları gözləyir.

Məlumata görə, həbsdən çıxan Quli hazırda İstanbulda özünə yaxın “oğru”ların əhatəsindədir. Qeyd olunur ki, o, təbrikləri yalnız telefonla qəbul edir.

Ümumiyyətlə, Səlifovun azadlığa buraxılmasını yalnız məhdud çevrədəki şəxslər öyrəniblər. Onun həbsdən çıxması isə hər kəsi, ilk növbədə isə rəqiblərini və bədxahlarını şoka salıb.

Əgər ötən il Azərbaycanda ilin hadisəsi Rövşən Lənkəranskinin öldürülməsi olmuşdusa, bu il medianın əsas gündəmini Qulinin azadlığa buraxılması zəbt “edib”.

Qeyd edək ki, oğru aləminin üst qatında uzunmüddətli həbsdən çıxdıqdan sonra müəyyən ümidlər yaradan avtoritetlər sırasında Şakro Molodoy ilə Yaponçik xüsusi yer tuturdu.

Lakin onlardan heç biri cinayətkar dünyanı yenidən fəth etməyi bacarmadı. Ekstrasenslərə inansaq, ABŞ həbsxanasında yaddaşı “silinən”, buna baxmayaraq nüfuzunu itirməyən Yaponçik ciddi kapitala malik deyildi.

Şakronun nüfuzu və kapitalı olsa da, bəxti gətirmədi.

Qulinin isə hər şeyi, ən əsası, Yaponçik və Şakroda olmayan cavanlığı var.

Həbsxanada kifayət qədər təcrübə qazanan Quli klassik oğrulara xas olan, ancaq yeni tipli kriminal avtoritet olaraq, ağıllı, təcrübəli, dəliqanlı, ambisiyalı və liderlik keyfiyyətlərinə malikdir.

Onun arxasında hansısa xuliqanlar yığını yox, nəinki keçmiş SSRİ məkanının, hətta Türkiyəni əhatə edən transmilli cinayətkar sindikatı dayanır.

Səlifov azadlığa çıxandan sonra Rövşənə məxsus olan hər şey tamamilə Quli klanının nəzarətinə keçdi. Bu vəziyyətə qarşı heç kəs səsini çıxartmasa da, Lənkəranskinin əmisi oğlu, Quli ilə hələ də münaqişədə olan Zaur Əhmədov müqavimətini davam etdirməkdədir.

Maraqlıdır ki, Səlifovun azadlığa buraxıldığı gün Rusiyanın Sankt-Peterburq şəhərində Qulinin əsas qanqsteri sayılan, ayyarım əvvəl Tiflisdə qətlə yetirilən Elşən Məmmədovun ehtimal olunan qatilləri həbs ediliblər. Həmin şəxslərdən biri isə Zaur Əhmədovun qardaşı Emin Əhmədovdur.

Oğru aləmində dolaşan şayiələrə görə, bu gün fəaliyyətdə olan bütün azərbaycanlı avtoritetlər Qulinin tərəfindədirlər. Ancaq bu, heç də həmişə belə olmayıb.

Məlumdur ki, Səlifovu 2000-ci ildə rustavili “oğru”lar – milliyyətcə azərbaycanlı yox, gürcü və yezid olan Raul Kiriya ilə Şirəli Aslanov “taclandırıb”.

“Ded Xasan”ın klanında olan azərbaycanlı avtoritetlər o vaxtlar Qulini dayandırmağa çalışsalar da, bunun altını çəkməli oldular. Ümumiyyətlə, Quli üçün doğma olan azərbaycanlı oğruların mühitində həm də onun günahı üzündən ciddi konfliktlər mövcuddur.

O da maraqlıdır ki, azərbaycanlı “oğru”lardan hələ heç kəs uzunömürlü olmayıb və öz əcəlləri ilə ölməyiblər. Azərbaycanlı avtoritetlərdən yalnız Vaqif Qulinin əleyhinə heç nə deməyib və bu da onların yaxın münasibətlərinin əsas dayağı sayılır.

Kriminalistlərin fikrincə, bundan sonra kriminal aləmin əsas “gərginlik ocağı” Abxaziyaya keçəcək – Qulinin orada yerli “oğru” Pıza ilə çürütmədiyi haqq-hesab var.

Bundan sonra Səlifovun əsas işi hazırda “Şakro Molodoy”un nəzarətində qalan “Baş ofis”lə münasibətlərin ayırd edilməsi olacaq. Bu da maraqlıdır ki, Quli ilə Şakronun yolları indiyə kimi heç yerdə “kəsişməyib – onların arasında nə toqquşma, nə də hər hansı ünsiyyət olmayıb.

Həbsdən çıxıb, Rusiyaya qayıdan Şakro o vaxt azadlıqda olan və öz klanının başında dayanan Lənkəranskiyə “stavka” etmişdi. Quli həbsdə olduğu üçün Şakronun onunla müzakirə edəcəyi məsələ yox idi.

Ancaq indi Şakronun həbsdə olduğu dönəmdə ətrafına çox sayda azərbaycanlı və gürcü avtoritetlərin birləşdiyi Qulinin danışacağı məsələlər az deyil.

O baxımdan, hazırda “oğru dünyası”nı tək bir sual düşündürür: “Lotu Quli” ilə “Şakro Molodoy” Rusiya mafiyasının “Xaç atası” tacını bölüşdürə biləcəklərmi?

www.yenicag.az

7989
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv