Rusiya niyə Klintona prezident olmasını arzulamır? – Şərh

Müəllif: Redaktor

Editor

rtr37oa2Natiq Miri: “Klintonun hakimiyyəti gəlməsilə Moskva üçün Yaxın Şərqdə çətin və arzuolunmaz situasiya yaranacaq”

Son zamanlar Suriyada böyük güclərin maraqlarının toqquşması fonunda vəziyyətin daha da gərginləşməsi müşahidə olunur. Belə ki, bir ara ABŞ-la Rusiya arasında Suriyada müəyyən müddətə atəşkəsin elan edilməsilə bağlı razılıq əldə olundu. Amma qısa müddətdən sonra yenidən ölkədə hərbi əməliyyatlara start verilib. Hansı ki, bu fonda da atəşkəsin pozulmasında Moskva ilə Vaşinqton bir-birini, daha doğrusu hər biri Suriyada digərinin dəstəklədiyi qüvvələri ittiham edir. Hətta vəziyyət o yerə gəlib çatıb ki, himanitar konvoy belə atəşə tutulub və bu zaman ölən, yaralananlar olub. Belədə ABŞ Rusiya ilə Suriya məsələsində danışıqlara son qoydu. Moskva isə buna cavab olaraq Suriyada “S-300” hava-müdafiə raket sistemləri yerləşdirib ki, bunun özü də Vaşinqtonda ciddi etiraza səbəb olub.

Mövcud olan belə vəziyyət görəsən Suriya münaqişəsinin sonrakı taleyinə nə vəd edir?

Yenicag.az-a açıqlamasında politoloq Natiq Miri bildirdi ki, ABŞ seçkilərində xanım Klintonun hakimiyyəti gəlməsilə Rusiya üçün Suriyada arzuolunmaz vəziyyət yaranacaq:

“Fikir vermisinizsə son zamanlar atəşkəsin bərqərar olmasına rəğmən razılaşma əldə olunmadı və yenidən atəşkəs pozuldu. Bu fonda iki dünya gücü arasında danışıqlar prosesi də ciddi zərər görməkdədir. Bu yöndə birtərəfli qaydada artıq ABŞ Rusiya ilə danışıqları dayandırıb. Bu o mənanı verir ki, danışıqların alternativi dolayısı ilə savaş deməkdir. ABŞ-ın Rusiya, Əsəd və İranın bombardmanlarına qarşı ciddi surətdə dirənişi deməkdir. ABŞ Rusiya ilə danışıqları dayandırarsa, bundan sonra Moskvanın asanlıqla əraziləri, xüsusilə də Əsəd rejiminə müxaliflərin nəzarətində olan yerləri bombardman etməsi elə də asan olmayacaq. Bu da onunla izah olunur ki, ABŞ müxalifətə qırıcı təyyarələri və tankları vuran yeni sistemlər verəcək. Belədə Rusiyanın həm hava, həm də quruda olan itkiləri artacaq ki, Moskva üçün həmin hal o qədər də arzu olunan proses deyil. Yəni danışıqların dayandırılması bir növ Rusiyaya təhdid xarakteri daşıyır. Danışıqların dayandırılması başlıcası Suriyada sülh prosesinin gələcəyini ciddi təhlükəyə alıb. Çünki barışıq alınmırsa, deməli savaş müstəvisində proses davam edəcək. Bir ildən artıqdır Moskvanın Suriyada olmasına rəğmən o Əsəd rejiminin bütün ölkə boyu hakimiyyətinin bərqərar edilməsinə kömək edə bilmədi. Demək indiki şəraitdə mütləq mənada həm regionda, həm də qlobal sahədə Suriyada marağı olan oyunçularla uzlaşmaq lazım idi. Bu yoxdur, demək savaç davam edəcək. Onda bütün tərəflər, Rusiya, Əsəd, Suriya və xalqı, eyni zamanda İran və Türkiyə, ərəb dünyası ciddi itkilərlə üzləşəcək. Artıq Türkiyə barış müstəvisində hərəkətə keçib. Ərdoğan Obama ilə Putini bu kontekstdə barışdırmaq istəyir. Çünki Ərdoğan anlayır ki, qonşuluqda savaş davam etdikcə onun ciddi təhlükəsi birinci növbədə Türkiyənin özünə dəyəcək.

Natiq Miri ile ilgili görsel sonucuHazırda ABŞ Səudiyyə Ərəbistanı və digər ərəb ölkələri bu savaşda ancaq vəkalətən iştirak edir. Ancaq savaş başlayarsa, prosesdə vəkalətən iştirak etmək çətinləşəcək. Bu da o anlama gəlir ki, ABŞ, Rusiya və digər regional dövlətlər qarşı-qarşıya gələrsə üçüncü dünya savaşının başlanma ehtimalı təhlükəsini yaradacaq. Ona görə də indiki şəraitdə prosesi yenidən atəşkəsə və danışıqlar masası arxasına doğru inkişaf etdirmək daha doğru olardı. Bunu da Türkiyə öz üzərinə götürüb. Hələlik prosesin hansı yöndə inkişaf edəcəyini demək çətindir. Ancaq ABŞ-ın Suriyaya müdaxilə edəcəyini düşünmək də sadəlövhlük olardı. Düşünmürəm ki, Vaşinqton birmənalı olaraq hərbi qüvvələrini Suriyaya yeridəcək. Çünki Obama adminstrasiyasının cəsarətsiz və qorxaqcasına yürütdüyü siyasətin nəticəsi olaraq proses bu cür arzuolunmaz vəziyyətə gəlib çıxıb. Rusiyanın Suriyaya müdaxiləsi məhz BMT rezidensiyasında Obamanın razılığı ilə baş tutmuşdu. Eyni zamanda, Rusiyanın Suriyada varlığı heç də sülhə gətirmədi. Əksinə prosesi daha da mürəkkəbləşdirdi, tökülən qanların miqdarını dəfələrlə artırdı. İndi regional güclərdən başqa bütün qlobal güclər buradadır. Həmin qlobal güclərin geosiyasi maraqlarını uzlaşdırmaq artıq çətinləşib. Obama adminstrasiyasının hakimiyyətdən getməsinə az qalmış ABŞ-ın Suriyaya hərbi müdaxiləsinin mümkün olacağını düşünmürəm. Ancaq seçkilərdə demokratların namizədi Hillari Klinton qalib gələrsə düşünürəm ki, onun Suriya və Yaxın Şərq cəbhəsi üzrə planı daha qətiyyətli olacaq. Onun dövründə Rusiyaya qarşı adekvat olaraq ciddi cavablar veriləcək. Yəni Klintonun hakimiyyəti gəlməsi Moskva üçün Yaxın Şərqdə çətin və arzuolunmaz situasiya yaradacaq. Çünki xanım Klintonun siyasəti Rusiyanın fəaliyyətinə daha çox sistemli və planlı şəkildə adekvat cavablardan ibarət olacaq. Belədə Rusiya aqresiyasının durdurulmasına müəyyən mənada yardımçı olacaq”.

ELÇİN


Загрузка...
Loading...

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır