yenicag.az
yenicag.az

“Rusiya ordusu olmadan Əsəd heç nəyə qadir deyil”- Politoloq

“Rusiya ordusu olmadan Əsəd heç nəyə qadir deyil”- Politoloq

Müəllif: Redaktor

Editor

rusiyaorduTürkiyə və Rusiyanın zəmanəti ilə ilin son günlərində Suriyada döyüşən tərəflər arasında atəşkəs elan olundu.

Bunun ardınca isə Qazaxıstanda həm Əsəd rejimi, həm də müxalif qüvvələr arasında Suriya ilə bağlı danışıqların olacağı və uzunmüddətli atəşkəslə bağlı razılıq əldə olunacağı bildirilib. Ancaq Suriyanın müxalifət qüvvələri Astana görüşünü baykot edəcəyi ilə bağlı bəyanat verib. Belə olan halda Suriyada döyüşən tərəflər arasında görüş baş tutacaqmı?

Məsələ ilə bağlı Yeniçağ.az-a münasibət bildirən politoloq Elxan Şahinoğlu deyib ki, Suriyada tərəflər arasında razılaşmanın əldə olunması ilə bağlı Rusiya imicini ortaya qoyub. Onun sözlərinə görə, bu səbəbdən də Astana görüşü baş tutacaq:Elxan Şahinoğlu ile ilgili görsel sonucu

“Məsələ burasındadır ki, bu barışıq Əsəd rejiminə sərf eləmir. Faktiki olaraq, Əsəd rejimi Suriya müxalifəti ilə bir masa arxasında oturmağa çəkinir. Çünki bilir ki, gələcəkdə hakmiyyəti bölüşmək lazım gələcək: ona da hazır deyil. Baş vermiş qətliamlara görə Əsəd rejimi cavabdehlik daşıyır. Bu səbəbdən də Əsəd rejimi sülhü indidən pozmağa çalışır ki, Astana görüşü baş tutmasın. Suriya hökumət qüvvələrinə İrandan da dəstək verənlər var. Nəticə etibarı ilə rəsmi Moskva Bəşər Əsədə təzyiq edəcək. Çünki Rusiya ordusu olmadan Əsəd heç nəyə qadir deyil. Hesab edirəm ki, Rusiya yenidən Əsəd rejiminə təzyiq edərək, Astana görüşünün baş tutması üçün əlindən gələni edəcək”.

 

BƏXTİYAR
Yeniçağ.az

Dünya, Manşet

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti