!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Rusiya Orta Asiyanı müdafiə etmək iqtidarında deyil” - Qazaxıstanlı ekspert

!Reklam – Yazi

“Diplomatik bəyannamələr terrorçuları qanlı əməllərdən çəkindirmir”.

Bu fikirləri Yenicag.ru-ya açıqlamasında Əfqanıstanda yaranmış mürəkkəb vəziyyətin Orta Asiya regionuna mümkün təsirini şərh edən qazaxıstanlı ekspert Sultanbek Sultanqaliyev deyib. Onun fikrincə, mərkəzi hakimiyyətin zəifliyi terrorçuların Əfqanıstanda hərbi bazalarının yaradılmasına əlverişli şərait yaradır:

“Əfqanıstan hazırda Türkiyə, İran, Rusiya və Suriyanın hökumət qüvvələri ilə müharibədə məğlub olaraq Yaxın Şərqi tərk edən müxtəlif ekstremist qruplaşmaların şirnikləndikləri “kökə”yə çevrilir. Mərkəzi hakimiyyətin zəifliyi terrorçuların Əfqanıstanda hərbi bazalar qurmalarını şərtləndirir”.

Ekspert hesab edir ki, indiki halda Rusiya və onun patronajlığında yaradılmış Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) Orta Asiyanı mümkün terror hücumlarından qorumaq iqtidarında deyil:

“Vəziyyəti əyani surətdə təsəvvür etmək üçün qeyd olunmalıdır ki, Özbəkistanın hərbi xərcləri Tacikistandan 20, Qırğızıstandan isə 45 dəfə çoxdur. Sonuncu iki ölkə öz müdafiəsində yalnız Rusiya ilə onun hegemonluğunda olan KTMT-yə ümid edə bilər. Ancaq KTMT hələ də güclü hərbi struktur kimi formalaşmadığından, onun hərbi antiterror bloku kimi mövcudluğu formal olmaqla yanaşı, sadəcə, görüntü xarakteri daşıyır.

Ona görə də, vəziyyətdən ən optimal çıxış yolu Orta Asiyada radikal hərbi qruplaşmalarının istənilən müdaxilə cəhdinin qarşısını almaq iqtidarında olan vahid hərbi antiterror birləşməsinin yaradılmasıdır”.

www.yenicag.az

1973
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv