!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rusiya PKK-nı terror təşkilatı saymır? - XİN rəsmisinin açıqlaması kəskin reaksiya doğurdu

!Reklam – Yazi

Rusiyanın Xarici İşlər Nazirliyinin 4-cü Avropa departamentinin direktoru Aleksandr Botsan Xarçenko bu ölkənin İnterfaks agentliyinə müsahibəsində bildirib ki, Moskva Türkiyədə fəaliyyət göstərən Kürdüstan İşçi Partiyasını (PKK) və onun Suriyadakı PYD qanadı terrorçu təşkilatlar deyil. O qeyd edib ki, Rusiya rəsmi olaraq, bu təşkilatları terrorçu qruplar sırasına aid etmir.

Qeyd edək ki, hər iki təşkilat Türkiyəyə qarşı terror hərəkətləri həyata keçirir. Xüsusən də PKK bu illər ərzində on minlərlə dinc insanın həyatına qəsd etməklə Türkiyədə çoxsaylı terror hadisələri törədib. Bundan başqa, son dövrlər Ankara ilə Moskva arasında münasibətlər yenidən yaxşılaşıb. Belə bir ərəfədə Rusiya XİN rəsmisi vəziyyəti gərginləşdirməyə hesablanmış açıqlama ilə çıxış edir.

Məsələ ilə bağlı Yençağ.az-a açıqlamasında “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu bildirdi ki, Xarçenko həmin fikri səsləndirməklə Rusiya hakimiyyətində Ankara ilə Moskva arasında münasibətlərin normallaşmasını istəməyən qüvvələrin düşüncələrini dilə gətirib:

Elxan Şahinoğlu ile ilgili görsel sonucu“Xarçenkonun bu fikirləri kökündən yanlışdır. Türkiyə haqlı olaraq, PKK və PYD-ni terror təşkilatı hesab edir. Rusiya ilə Türkiyə arasında təyyarə qalmaqalı fonunda münasibətlər gərgin olanda Moskva bu məsələyə tez-tez baş vuraraq, münasibət bildirirdi. Amma artıq iki ölkə arasında münasibətlər yenidən normal məcraya daxil olub. Bu fonda Rusiya rəsmisinin belə bir açıqlama ilə çıxış etməsi çox müəmmalıdır. Görünür, Rusiya hakimiyyəti daxilində Türkiyə ilə münasibətlərin normallaşması əleyhinə olan qüvvələr var. Ya da ölkənin rəsmi siyasəti dəyişib ki, bu da Ankara ilə Moskva arasındakı münasibətlərə yaxşı heç nə vəd etmir. Xarçenkonun açıqlamasına Kreml tərəfindən düzəliş gəlməsə, bu, gələcək dönəmdə ikitərəfli münasibətlərə yenidən mənfi təsir göstərə bilər”.

Milli Məclisin deputatı, politoloq Elman Nəsirov da qeyd etdi ki, Xarçenkonun açıqlaması ikitərəfli münasibətlərin perspektivinə ziyan gətirə bilər:

Elman Nəsirov ile ilgili görsel sonucu“PKK 40 ildən artıqdır ki, 30 mindən çox insanı terrora məruz qoyub. ABŞ Dövlət Departamenti 500-dən çox terrorçu təşkilatın siyahısını tutub. PKK da bu siyahıda yer alır. Yəni ABŞ PKK-nı terror təşkilatı kimi tanıyır. Amma Rusiya əks mövqe tutur. Belə bir yanaşma ilə beynəlxalq terrorizmə qalib gəlmək mümkün deyil. Terror təşkilatları ilə “hər yerdə və hər zaman” prinsipilə mübarizə aparılmalıdır. “Əl-Qaidə”ni, İŞİD-i terror təşkilatı kimi tanıyıb, PKK-nı həmin siyahıya aid etməmək düşüncəsi qaldıqca, XXI əsrin vəbası sayılan beynəlxalq terrorizm üzərində qələbə əldə etmək də mümkünsüzdür. Türkiyə-Rusiya münasibətlərinin bərpa və inkişaf etdiyi bir reallıqda verilən həmin açıqlamalar münasibətlərin bu günü və gələcək perspektivinə kölgə salır. Əslində, belə məsələlərdə olduqca ehtiyatlı davranmaq lazımdır. Türkiyə üçün PKK məsələsi ölüm-qalım məsələsidir. Belə olan vəziyyətdə Rusiya XİN rəsmisinin verdiyi həmin açıqlama təəssüf doğurur. Bu əsasda məsələnin çözülməsi üçün Moskva ilə Ankara arasında ciddi müzakirələrə ehtiyac var. Belə bir açıqlama ikitərəfli müzakirələrdə ən ciddi diskussiya mövzusu olacaq. Fundamental məsələlərdə Türkiyə ilə Rusiyanın əks mövqedə dayanması ikitərəfli münasibətlərin bütün perspektivini ciddi sual altında qoyacaq. Çünki bu, həm də Rusiya-Türkiyə məsələsi deyil. Beynəlxalq terror təşkilatları bütün bəşəriyyət üçün təhlükədir. PKK-nı terror təşkilatı kimi qəbul etməmək onun Yaxın və Orta Şərqdə fəallaşması üçün yaşıl işığın yandırılması anlamına gəlir”.

ELÇİN

Yeniçağ.az

www.yenicag.az

607
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv